Süni intellekt haqda düşüncələrim - Coşqun Məmmədov
Süni intellekt haqda düşüncələrim
Süni intellekt elmi dövrün adıdır,
Yəqinki bu üçüncü sənaye inqilabıdır.
Texnologiyada sıçrayış, elmdə sıçrayış,
Məhsulda, istehsalatda inqilabi artış.
Nədir süni intellektlə təbii intellektin fərqi?
Bir saniyədə milyardlarla məlumatı emal edir.
Saniyədə yüz min kitabı oxuya bilir nəinki,
İstəsək insan ömrü buna yetməz təbii ki,
On il sonra ediləcək kəşfi, on saniyədə edəcək,
Hər sahədə inkişaf hədsiz sürətlənəcək.
Nə verəcək bəşəriyyətə inkişafmı, yoxsa işsizlik?
Elm bəşəriyyətə xidmət edirsə düşünək.
Bu inkişafdan işsizlərə nə pay düşəcək?
Bir intellekt min adamın işini görəcək,
İşsiz insanların sayı onda, hara gedəcək?
Sonra kuantum bilgisayarları gələcək.
Sonra hiper intellekt.
Rəqəmsallaşma sürətlə robotlaşmaya aparır,
İnsanı əməkdən, istehsaldan qoparır.
Bu gün biz təqlid edirik kompüterləri,
Rəqəmsal beyinləri,
Sabah tərsinə olarsa,
Süni intellektlər insan beyninə yol taparsa,
Süni zəka bizi ruhumuzdan qoparsa?
Beynimizlə bizdən gizli əlaqə qurarsa
Bizə komandalar verməyi bacarsa?
Şüuraltı bizi yönəltməyə çalışsa. Bəs onda?
Bizi idarə etməyidə bacaracaqlar sonda.
Süni intellekt operator, biz isə canlı robot
Yaratdıqlarımız bizi idarə edəcək. Kiçilmirik?
Bu hələ başlanğıcdır, sonunu heç bilmirik
Olacaqları hələ biz xəyal belə etmirik
Düşünürəmki həyatda insanın ali ruhu
Daim olduğu kimi uca qalmalıdır
İnsan oğlunun düşüncələri açılmamalıdır.
Coşqun Məmmədov
biologiya üzrə fəlsəfə doktoru
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0