Süni intellekt haqda düşüncələrim - Coşqun Məmmədov

Sen 6, 2026 - 09:31
Sen 6, 2026 - 09:32
 0  4
Süni intellekt haqda düşüncələrim - Coşqun Məmmədov

Süni intellekt haqda düşüncələrim

Süni intellekt elmi  dövrün adıdır,
Yəqinki  bu üçüncü sənaye inqilabıdır.
Texnologiyada sıçrayış, elmdə  sıçrayış,
Məhsulda, istehsalatda inqilabi artış.

Nədir süni intellektlə təbii intellektin fərqi?
Bir saniyədə milyardlarla məlumatı emal edir.
Saniyədə yüz min kitabı  oxuya bilir nəinki,
İstəsək insan ömrü buna yetməz təbii ki,
On il sonra ediləcək kəşfi, on saniyədə edəcək,
Hər sahədə inkişaf hədsiz sürətlənəcək.

Nə verəcək bəşəriyyətə inkişafmı, yoxsa işsizlik?
Elm bəşəriyyətə xidmət edirsə düşünək.
Bu inkişafdan işsizlərə nə pay düşəcək?
Bir intellekt min adamın işini görəcək,
İşsiz insanların sayı onda, hara gedəcək?

Sonra kuantum bilgisayarları gələcək.
Sonra hiper intellekt.
Rəqəmsallaşma sürətlə robotlaşmaya aparır,
İnsanı əməkdən, istehsaldan qoparır.

Bu gün biz təqlid edirik kompüterləri,
Rəqəmsal beyinləri,
Sabah tərsinə olarsa,
Süni intellektlər insan beyninə yol taparsa,
Süni zəka bizi ruhumuzdan qoparsa?
Beynimizlə bizdən gizli əlaqə qurarsa
Bizə komandalar verməyi  bacarsa?
Şüuraltı bizi yönəltməyə çalışsa.  Bəs onda?
Bizi idarə etməyidə bacaracaqlar sonda.

Süni intellekt operator, biz isə canlı robot
Yaratdıqlarımız bizi idarə edəcək. Kiçilmirik?
Bu hələ başlanğıcdır, sonunu heç  bilmirik
Olacaqları  hələ biz xəyal belə etmirik
Düşünürəmki həyatda insanın ali ruhu
Daim olduğu kimi uca qalmalıdır
İnsan oğlunun düşüncələri açılmamalıdır.

Coşqun Məmmədov

biologiya üzrə fəlsəfə doktoru

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru