İbrahim İlyaslı - NӘ DEYİRSӘN, LAVANDAM? AUDİO

İbrahim İlyaslı - NӘ DEYİRSӘN, LAVANDAM - AUİDO ŞEİR

BOTBOT
Mar 28, 2026 - 09:52
 0  8

NӘ DEYİRSӘN, LAVANDAM?

Sәnsiz necә qәribdir
Bilirsәnmi bu şәhәr?
Nә axşamı axşamdır,
Nә dә sәhәri sәhәr.

Sanki ağaclar ağac,
Adamlar adam deyil.
Küçәlәrdә at çapır
Külәklәr veyil-veyil.

Dәniz donub elә bil,
Ağuşunda balıqlar.
Buz heykәlә dönüblәr
Qağayılar, qayıqlar.

Mәni ovuda bilmir
Nә doğması, nә yadı.
“Sәnsizlik”di hәlә ki,
Bu şәhәrin bir adı.

Nә deyirsәn, lavandam,
Bәlkә durub gәlәsәn?!
Mәnә baxıb, darıxmaq
Necә olur, bilәsәn.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0