Azərbaycan “Korkut Ata” Türk Dünyası Film Festivalında

Okt 30, 2026 - 16:07
 0  3
Azərbaycan “Korkut Ata” Türk Dünyası Film Festivalında

Azərbaycan noyabrın 3-dən 7-dək İstanbulda keçiriləcək VI "Korkut Ata" Türk Dünyası Film Festivalında üç filmlə iştirak edəcək.

Bu barədə Yazici.az-a Mədəniyyət Nazirliyi yanında Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, festivalın müsabiqə proqramında nəzərdə tutulmuş hər üç kateqoriya üzrə Azərbaycan filmlərinin iştirakı nəzərdə tutulub.

Belə ki, tammetrajlı bədii film kateqoriyasında "Tağıyev: Məktəb", sənədli film kateqoriyasında "Azıx mağarası", qısametrajlı bədii film kateqoriyasında "Torpağı sanı yaşayasan" filmləri nümayiş etdiriləcək.

Bundan əlavə, festival çərçivəsində Azərbaycan klassik kinosunun nümunəsi kimi "Bir cənub şəhərində", müasir sənədli film nümunəsi olaraq "Bakı Türkoloji Qurultayı 100" filmləri göstəriləcək.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində nəzərdə tutulan görüşlərdə Türk dünyası ölkələri ilə kino sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələrin aparılması, yeni işgüzar əlaqələrin yaradılması planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuş festivalın məqsədi türk ölkə və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya nümayiş etdirməkdir. Ötən beş il ərzində festival türk ölkələrinin müxtəlif şəhərlərində, o cümlədən, Bakıda keçirilib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru