Kino Agentliyi 5 yeni film layihəsini maliyyələşdirdi

Okt 2, 2026 - 20:10
 0  5
Kino Agentliyi 5 yeni film layihəsini maliyyələşdirdi

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ilk dəfə təşkil olunan “Birgə film istehsalına dəstək müsabiqəsi”nin 2026-cı ilin III rübünü əhatə edən mərhələsi başa çatıb.

Yazici.az xəbər verir ki, Bədii Keyfiyyətə Nəzarət Komissiyası 5 şirkət tərəfindən təqdim edilən layihələri qiymətləndirərək onların maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, “Nasreddin Production” MMC-nin “Parallax” (Azərbaycan, Estoniya, Finlandiya, Latviya, Litva), “Eloğlu Şirkətlər Qrupu”nun “Kapitan” (Azərbaycan, Türkiyə, Özbəkistan), “Adrenalin Brothers”ın “Saxta sevgili” (Azərbaycan, Banqladeş, Qazaxıstan) və “Navis”in “Aloha Prestij” (Azərbaycan, Türkiyə, Bolqarıstan) filmlərinin hər birinə 200 min manat, “Meh-Film” MMC-nin “Yalanın məharəti” (Azərbaycan, Türkiyə) filminə isə 300 min manat ayrılıb.

Paralel olaraq, Kino Agentliyi oktyabrın 1-dən etibarən IV rüb üzrə müraciətlərin qəbuluna başlayıb. Müraciətlər ARKA-nın rəsmi internet səhifəsi və ya “MyCulture” vahid şəxsi kabineti vasitəsilə həyata keçirilir.

Yeni mərhələdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstan prioritet ölkələr sırasındadır. Bu dövlətlərlə ortaq tarixi hadisələr, ictimai xadimlər, uşaq filmləri, adət-ənənələr və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən layihələrə üstünlük veriləcək.

Xatırladaq ki, müsabiqənin əsas məqsədi xarici kino şirkətləri ilə əməkdaşlığı genişləndirmək, birgə film istehsalını stimullaşdırmaq və yerli müstəqil prodüser mərkəzlərinin rəqabət qabiliyyətini artırmaqdır.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru