Fariz Əhmədovun filmi Avropada mükafat qazandı

Okt 5, 2026 - 16:34
 0  5
Fariz Əhmədovun filmi Avropada mükafat qazandı

Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filmi Avropanın nüfuzlu kino platformalarından biri olan “NNW” Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Yazici.az xəbər verir ki, Polşanın Qdınya şəhərində keçirilən 18-ci festivalda dünyanın müxtəlif ölkələrindən seçilmiş 60 ekran əsəri nümayiş olunub.

Festivalın yekunlarına əsasən, “Sükut içində addımlar” filmi “Münsiflər heyətinin xüsusi qeydi” mükafatı ilə təltif edilib.

Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan film Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir.

Ekran əsərinin baş qəhrəmanları minalardan təmizləmə fəaliyyəti ilə məşğul olan qadınlardan ibarət qrupdur.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.

Fariz Əhmədovun bu tammetrajlı sənədli filmi bundan əvvəl 66-cı Krakov Film Festivalında “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb.

Qeyd edək ki, ekran əsəri oktyabrın 17-dən 25-dək Rumıniyada təşkil olunacaq “Astra Film Festivalı”nda da nümayiş etdiriləcək.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru