Buker mükafatının qısa siyahısı açıqlandı

Apr 1, 2026 - 00:26
Apr 1, 2026 - 00:27
 0  4
Buker mükafatının qısa siyahısı açıqlandı

Beynəlxalq Buker Mükafatının 2026-cı il üzrə qısa siyahısı açıqlanıb.

YAZİCİ.AZ mükafatın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya altı əsər daxil edilib:

Mari NDiayenin “Cadugər”,

Ana Paula Mayanın “Yer üzündə olduğu kimi”,

Daniel Kelmanın “Rejissor”, 

Rene Karabaşın “Qalan o”, 

Şida Bazyarın “Tehranda sakit gecələr” və 

Yanq Şuan-Tsının “Tayvan səyahətnaməsi”.

Qalibin adı mayın 19-da Londondakı Tate Modern muzeyində keçiriləcək mərasimdə elan olunacaq.

Mükafatın ümumi məbləği 50 min funt sterlinq təşkil edir və bu məbləğ müəlliflə tərcüməçi arasında bərabər bölünür. Qısa siyahıya düşən hər bir əsər isə 5 min funt sterlinq mükafat alacaq ki, bunun 2,5 mini müəllifə, 2,5 mini isə tərcüməçiyə veriləcək.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0