Həsən bəy Zərdabinin şeiri - Salman Mümtazın təqdimatında

Sen 10, 2026 - 12:56
 0  6
Həsən bəy Zərdabinin şeiri - Salman Mümtazın təqdimatında

Yazici.az ədəbiyyat portalı Salman Mümtazın təqdimatında Həsən bəy Zərdabinin "Gap" şeirini təqdim edir. Şeir "Kommunist" qəzetinin "Əkinçi" adlı 1926-cı ildə nəşr etdiyi kitabçaya daxil edilib.

Ey arif olan, söylə o nadanə nəsihət

Kim, getsə dəm əldən, dəxi düşməz ələ fürsət,

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

 

Dəhrin qurulub, çünki ülum ilə binası,

Rövnəq tapub elmiylə hamu millət əsası,

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

 

Zülmət məgər bizlərə irs ilə ətadır?

Bu qəflətə uymaq məgər islamə rəvadır?

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

 

Düşdü qabağa elm ilə hər milləti-naşı,

Kim saldı bizim başımıza, bəs, belə daşı?

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

 

 

Qaldıq geri, göz bağlı, yürək dağlı, dili lal,

Heç firqə üçün olmasın, Allah, belə əhval,

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

  

Ədəbiyyat qəzeti.- 2022

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru