Yazıçı Həmid Piriyevin yeni kitabı çap olundu

Apr 16, 2026 - 16:32
 0  15
Yazıçı Həmid Piriyevin yeni kitabı çap olundu

Həmid Piriyevin yeni kitabına eyniadlı poema və “Abşeron hekayələri” silsiləsi daxildir.

YAZİCİ.AZ xəbər verir ki, şüur axını üslubunda yazılmış “Ağ qərənfil üçün təziyə” poeması yaddaş haqqındadır. Yeganə oğlunun ölümü Ramiz müəllimin yaddaşını oyadır və o, unutduğunu zənn etdiyi xatirələrlə, keçmişin detalları ilə üz-üzə qalır. Hər xatirə, hər detal bir ştrixi yerinə qoyur və getdikcə personajın obrazı gözümüzdə bütövləşir.

“Abşeron hekayələri” silsiləsi10 hekayə daxildir. Sadə adamların gündəlik həyatından, məşğuliyyətindən bəhs edən hekayələrin personajları hamımızın dəfələrlə, bəlkə də, hər gün gördüyümüz, amma adətən fikir vermədiyimiz, yanından saymazyana keçdiyimiz insanlardır.

Kitabı şəhərin kitab mağazalarından əldə etmək olar.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0