Azərbaycan filmi Fransada beynəlxalq festivalda iki mükafat qazanıb

Apr 26, 2026 - 12:50
 0  12
Azərbaycan filmi Fransada beynəlxalq festivalda iki mükafat qazanıb

Fransada keçirilən 23-cü Briv Beynəlxalq Ortametrajlı Filmlər Festivalının qalibləri elan olunub.

YAZİCİ.AZ xəbər verir ki, azərbaycanlı rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi Briv Film Festivalının iki mükafatına layiq görülüb.

Film festivalın “Münsiflər heyətinin xüsusi mükafatı”nı almaqla yanaşı, həm də “Tamaşaçıların ən sevimli filmi” mükafatını qazanıb.

Xatırladaq ki, festivalın ilk günündə nümayiş olunan film tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0