Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən ayrılıb

Apr 27, 2026 - 20:49
Apr 27, 2026 - 20:54
 0  11
Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən ayrılıb

Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev müqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb.

YAZİCİ.AZ xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.

Qeyd edilib ki, Mədəniyyət naziri  Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.

Turan Məmmədli Türkiyənin Kocaeli universitetində Siyasət və dövlət idarəçiliyi ixtisası üzrə bakalavr, Marmara universitetində Kino-Televiziya ixtisası üzrə magistr təhsili alıb. 2024-cü ildən etibarən Azərbaycan Respublikasının Kino Agentliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb, Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri olub. Hazırda eyni zamanda, Təhlil və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışır.

Rejissor, prodüser Əli-səttar Quliyev hazırda dövlət kino müəssisələrində fəaliyyətini davam etdirir. O, dövlət dəstəyilə çəkilmiş filmlərin satışı və yayımı sahəsindəki məsul şəxslərdən biridir. (Trend)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0