Sərraf Talıbın elmi və elmi-publisistik məqalələr toplusu çapdan çıxıb

İyn 1, 2026 - 16:53
İyn 1, 2026 - 21:21
 0  36
Sərraf Talıbın elmi və elmi-publisistik məqalələr toplusu çapdan çıxıb

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbovun (Sərraf Talıb) “Ədəbi varislik zənciri: Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı müstəvisində” adlı elmi və elmi-publisistik məqalələr toplusu çapdan çıxıb.

YAZİCİ.AZ xəbər verir ki, Mərkəzin Elmi şurasının 26 may 2026-cı il tarixli iclasının protokoluna əsasən çapa tövsiyə olunan elmi və elmi-publisistik məqalələr toplusuna 2020-ci ildən başlayaraq müxtəlif illərdə Polşada yayımlanan “Polish Journal of Sci”, “Colloquium-journal”, RF-də “Kulturologia, iskusstvovedenie i filologia: sovremennye vzglady i nauçnye issledovania” onlayn jurnallarında, Международная научная конференция “Перспективные исследования в современном мире” nəşrində, AMEA-nın “Elm və həyat”, AYB-nin Lənkəran Bölməsinin “Şəfəq” jurnallarının ayrı-ayrı saylarında nəşr olunmuş, beynəlxalq və respublika konfranslarında səsləndirilmiş və konfrans materiallarına salınmış məqalələrin əksəriyyəti daxil edilib.

Kitab “Filoloji - nəzəri araşdırmalar”, “Folklor və etnoqrafiya” və “Elmi-publisistik yazılar” adlı 3 fəsildən ibarətdir.

Kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Səfərli və tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, elmi redaktoru və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira İsmayılova, redaktorları biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova və yazıçı-publisist, AYB-nin üzvü İltifat Əhmədov, korrektoru Fəranə Mikayılovadır.

Kitab “Ecoprint” nəşriyyatının mətbəəsində çap olunub.

Qeyd edək ki, bu, AYB və AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı, şair-tərcüməçi Sərraf Talıbın sayca dördüncü kitabıdır.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0