Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək
Mədəniyyət naziri Adil Kərimli Laçında vətəndaşları qəbul edəcək.
Mədəniyyət Nazirliyindən Yazici.az-a verilən xəbərə görə, qəbul 27 avqust saat 10:00-da Laçın rayonundakı Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçiriləcək.
Qəbulda Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar avqustun 21-dək nazirliyin elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0