Müasir Azərbaycan hekayələri Sankt-Peterburqda nəşr olunub

Noy 1, 2026 - 22:51
 0  10
Müasir Azərbaycan hekayələri Sankt-Peterburqda nəşr olunub

Rusiyanın Sankt-Peterburq şəhərində müasir Azərbaycan yazıçılarının əsərlərindən ibarət “Yağışlar şəhərinin kitabxanası və digər hekayələr” adlı kitab işıq üzü görüb.

Yazici.az xəbər verir ki, “KARO” nəşriyyatında çap olunan topluya 13 müasir Azərbaycan yazıçısının hekayələri daxil edilib. Kitabın əsas xüsusiyyətlərindən biri də əsərlərin Azərbaycan və rus dillərində paralel təqdim olunmasıdır.

Nəşr Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şahnaz Kamalova tərəfindən tərtib edilib. Hekayələrin rus dilinə tərcüməsi isə universitetin Şərqşünaslıq fakültəsinin tələbələri və magistrantları tərəfindən həyata keçirilib.

Müxtəlif janr və üslublarda qələmə alınmış əsərlər oxuculara müasir Azərbaycan nəsrinin mövzu zənginliyi, bədii axtarışları və ədəbi inkişaf istiqamətləri ilə tanış olmaq imkanı yaradır.

Kitab həm rusdilli oxucuların müasir Azərbaycan ədəbiyyatı ilə tanışlığına, həm də Azərbaycan dilini öyrənən tələbələrin dil və tərcümə bacarıqlarının inkişafına xidmət edir.

Nəşr Rusiyanın kitab satış platformalarında da təqdim olunur.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru