Aysel Hüseynzadə - İtmiş qoxu

"Cənnət qoxusunu" itirdiyim bir dünyada yaşamağdansa, burax elə dünyamı da itirim..

Noy 15, 2026 - 21:24
Noy 15, 2026 - 21:40
 0  5
Aysel Hüseynzadə - İtmiş qoxu

 Yazici.az ədəbiyyat portalı təqdim edir.

Aysel Hüseynzadə - Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin II kurs tələbəsi

İTMİŞ QOXU

"Cənnət qoxusunu" itirdiyim bir dünyada yaşamağdansa,

burax elə dünyamı da itirim..

SARA — Eau de Parfum

Haradan başlayacağımı bilməyəcək qədər çarəsiz idim. Sanki həyat daim xüsusiləmənim üzərimə gəlir və sınağa çəkirdi. Artıq yorulmuş və tükənmişdim. Sevdiyim qadının mənə xəyanəti özümün bir daha başqasını sevməməli olduğumu öyrətmişdi mənə. Axı niyə? Niyə mən? Suallar qarşısında sağlığımı, düşüncəmi, beynimi itirmişdim.

Bu hadisələri xatırlamağımdan, o hissləri yaşamağımdan 10 il keçmişdi. O günlərəbaxdıqda isə sadəcə gülməyim gəlirdi. Çünki o zaman əsla sevmərəm deyirdim, indi isəbirini dəlicəsinə sevirəm və o da məni sevirdi. Hətta indiki möcüzəmə görə o anlaraşükr belə edirəm. 10 il zaman alsada sonda doğru qadını tapmışdım. Saram ilə o qədər xoşbəxt idik ki, özümü dünyanın ən şanslı kişisi hesab edirdim.

Saranın uzun düz saçlarına, alma kimi qırmızı yanağlarına, nazik barmağlarına, səma mavisidək gözlərinə bir sözlə hər zərrəsinə aşiq idim. Hətta onun qoxusu.. Saramın qoxusu mənə ən gözəl ətirlərdən belə daha cazibədar gəlirdi. Onun yeni doğulmuş uşağkimi südə bənzər, vanili xatırladan füsunkar, yağışdan sonra o möhtəşəm buruna gələn qoxusu sanki məni xəyallara aparırdı. Hər gün işə gedəndə, işdən qayıdanda onu öpər, qoxusunu içimə çəkərdim. Boğazından öpəndə sanki bir gül bağçasında idim.

Hətta elə olurdu ki, Saraya deyirdim:

— Dəlisən axı sən? Boş-boş ətirlərə pul verirsən. Sənin heç ətirə belə ehtiyacın yoxdur.

     Bir gün Sara əlində ətirlə sevincək yanıma gəldi. Yeni aldığı ətiri həyəcanlı bir şəkildəmənə göstərərək dedi:

— Bax həyatım. Bir ətir almışam qoxusu möhtəşəmdir və tez ətirin adına da bir bax.

Saranın yeni aldığı ətirin üzərində elə onun adı yazılmışdı. Təbii ki, mən də elə hər zamankı kimi öz sözlərimi deməyə davam edirdim. Sara da «Sən də ki, böyüdürsən lap»kimi cavablar verərək məni lağa qoyurdu. Ancaq təbii ki, mən heç nəyə fikir vermir, hər keçən gün daha da fərqli tərzdə ona komplimentlər deyirdim.

Həyatda «geri dönüş» kimi adlandırılan bir an olur, baxın o demək olar ki, tam mənimüçün deyilib. Hal-hazırdakı həyatım sanki mənə bir hədiyyə idi. Keçmişimə baxdıqda qarşılaşdığım xəyanət hər nə qədər ağır olsada bu günümdə Saram mənə sanki yenidən yaşama dönməyimə kömək etmişdi. O mənə bir yoldaşdan daha çox mənanı kəsb edirdi. O mənim üçün bir sözlə bir dünya idi. Mənim dünyam...

İsti yay günlərindən biri idi. Bir gün işdən çıxmağıma az bir zaman qala, Saraya mesaj yazdım ki, «bu gün yemək etmə, özüm yoldaşlarımdan bir resept öyrənmişəm onu edəcəyəm.» Ancaq Sara mesajıma geri dönüş etmədi. Mən də öz-özümə dedim: «yəqinəlində işi var, eybi yox evə gedim yeməyi də soyuducuya qoyaram özüm yenidən edərəm, mütləq Sara o dadı dadmalıdır».

Həyətə daxil oldum və yemək üçün aldığım ərzaqları bir əlimdə toplayaraq qapınıbirtəhər döydüm. Ancaq Sara qapını açmadı. Düşündüm ki, yəqin mətbəxdədir və qapınıdaha sərt döyməyə başladım. Döyərək də deyirdim — «Mənim gözəllər gözəli yoldaşım, burax işini gəl qapını aç özüm gəlib edəcəm yeməyi». Amma səs-soraq yox idi. Axırdaəlimdəkiləri yerə qoyub, cibimdən açarı çıxartdım və qapını açdım.

Kolidordan mətbəxə doğru keçib qapını açanda iyidən başım fırlanmağa başladı. Gözlərim 1 anlıq qaraldığını və ürəyim bulanaraq vəziyyətimin qarışdığını hiss etdim. Qaz açıq qalmışdı və otaqdakı iyidən nəfəs belə almaq olmurdu. Tez gedib qazısöndürdüm və bütün pəncərələri açdım. Bu zaman divanın üzərində hərəkətsiz uzanan Saranı gördüm. Bir anlıq dizlərim əsdi, cəsarət edib yaxınlaşa bilmədim. Ancaq tez yanına getdim və başladım onu çağırmağa.

O, divanın üzərində hərəkətsiz uzanırdı...

Artıq gec idi... Sara ölmüşdü. Bunu düşünəndə belə əlimlə başıma vurmağa başladım və dedim: «Özünə gəl, axmaq, o ölməyib sadəcə yuxudadır». Onu dizlərimin üzərinəaldım, saçlarını üzündən çəkdim və onu səvələyə-səvələyə danışdırmağa başladım.«Mənim gözəllər gözəli yoldaşım yorulub yatıb belə? Dur, həyatım sənə yemək edəcəyəm mən. Ay mənim gül qoxulu mələyim, yatsan gecə yatammayacaqsan axı». Bunları deyə-deyə onu özümə yaxınlaşdırdım, qoxusunu içimə çəkmək istədim. Amma qazın qoxusu onun üzərinə hopmuşdu. (Ehtimal ki, yemək edəndə yorulub divana uzanıb, və qaz da yadından çıxaraq açıq qalıb). Qoxusunu iyləyərək «ay həyatım bəlkəduş alasan, qazın qoxusu gəlir, çox da olmasa biraz iyisi hiss edilir» deməyə başladım.

Bəli, olanlar olmuşdu. Sara artıq həyatda deyildi. Amma onu qəbul etməyəcək dərəcədə ona aşiq biri var idi. Və sizcə də elə ən fəlakətlisi bu deyilmi? Canından çox sevdiyin birinin ölümünü qəbullana bilməmək. Sənə nəfəs olacaq birinin, artıq nəfəsinin olmaması və onu həzm edə bilməmək qədər çarəsiz bir şey varmıdır ki?

     Saranın başını yavaşca yastığa qoydum və cəld yerimdən duraraq qapıya tərəf yönəldim. Qapıdakı ərzaqları yerdən götürdüm, qapını bağlayıb mətbəxə keçdim.

— Hə həyatım, bunları almışdım. Bilirsən endirimdə idilər həm də sənin dediyin kimi seçərək diqqət edərək bir-bir baxıb aldım. İndi deyəssən ki, mən yemək etmişdim axı, amma onu qoyarıq qalar sabah yeyərik. İndi sənə özüm yemək edəcəyəm. Tez tərəvəzləri yudum.

— Saram, bax. Sənin kimi yaxşıca yudum ki, çöldən gəlib. «Aa doğurdan qoy bunun suyu getsin, mən də ona qədər sənə duş aldırım. Çünki qaz qoxusu gəlir. İndi deyərsən ki, gəlmir amma insanın özü hiss etmir də kənardan bilinir.»

Mən divandan Saranı ehtiyatla qaldırdım və qucağımda yuyunma otağına sarıapardım. Suyu açdım və altında oturdum. Özümün belə xəbəri olmadan gözlərimdən yaşlar tökülməyə başladı. Saranı bağrıma basdım, yanaqlarından öpməyə başladım, kirpiklərinə toxundum.             

Onu bağrıma basıb ağlayırdım...

— Əzizim, saçlarını da darayaq, ahaa bax belə.

     Saranın saçlarını əlinə alaraq burnuna tərəf aparır və hıçqırıq içində ağlayaraq yoldaşının saçlarında əlini gəzdirir..

— Sevgilim, bir bax istədiyin limonlu sobundan da var, yenisin almışdım 2 gün öncə. Ay Allah kimin belə gül qoxu verən yoldaşı var axı? Kimin de de.

Suyu bağladım, Saranı qucağıma alıb yataq otağımıza aparıb yatağa uzatdım. Tez paltarlarını dəyişib, saçlarını qurutmağa başladım. Ağlayaraq əlini havaya qaldırdım vəbu zaman əlimi çəkən kimi qolu ağacdan yerə düşən bir yarpaq kimi yatağa düşdü.

Bunu qəbullanmayaraq da:

— Saram, yəqin yorğunsan biraz sən uzan burada mən yeməyə baxıram gələm —dedim.

     Mətbəxə keçdim, gözlərimdən istəmədən belə yaşlar gəlirdi. Buna əhəmiyyət vermədən yeməyə davam etdim.

— Aha bunuda etdim, bax e bura tökülübmüş tez silim Sara görmədən yoxsa danışacaq ki, mən heç nə edəmmirəm. Əşi danışsın ona sözüm yoxdu amma ciddi dəolammır ki, gülür deyə mən də gülürəm.

Aradan 20-25 dəqiqə keçdi. «Ay mənim, gözəlim» (yataq otağına gedərək) dur yemək artıq hazırdır. Saraya tərəf yaxınlaşdım və əlimi onun üzündə gəzdirdim. Onun üzüsoyuducuda olan ərzaqlar kimi soyuq idi. Tez ona qalın geyimlər geydirib, qucağımda yemək yeməyə apardım. Stulda oturtdum və onu buraxanda yıxılmasın deyə ipləbağladım. Ancaq boynu yerində durmurdu. Əlimi çəkən kimi aşağı düşürdü. Tez zirzəmidən biraz ləvazimat gətirdim. Servantın yanından bir yer düzəldib kəndiri ora bərkitdim. Digər ucunu da Saranın boynuna keçirtdim ki, kəndir dartılsın və başı düz dursun. Sonra mən də qarşısında oturdum və ona yemək çəkməyə başladım

Ona yemək yedirdim...

     5-10 dəqiqə beləcə keçdi. Bu zaman gözüm balaca stoldakı ətirə sataşdı və sözəbaşladım.

— Ay həyatım, yenə gedib ətir almısan? Deyirəm çox qəribə qadınsan, dedim axı mən yalnızca sənin qoxunu duymaq istəyirəm. Hə noldu? Bəyənmədin yeməyi? Həyatım, nəsə hiss edirəm ki, yorğunsan istəyirsənsə səni yatağına aparım yat.

     Ayağa durdum, Saranı qucağıma almaq üçün toxunduqda bədənin soyuq olduğunu hiss etdim.

— Mənim də artıq huşum gedir, pəncərələri açıq qoyanda üşüyərsən də. Dayan tez bağlayım gözəlim.

Saranı aparıb yatağına uzatdım, ardından bütün pəncərələri bağladım. Saranınüzərini qalın ədyallar ilə örtdüm. Bu zaman telefonuma zəng gəldi və zəng vuran Saranın anası idi.

— Oğlum, salam necəsən? Üzürlü say gecə vaxtı narahat edirəm. Saraya vururam ancaq telefonu bağlıdır deyəsən. Yanındadırsa ver da telefonu ona xalan qurban.

Özümü itirmədən tez sözə başladım:

— Xala, salam. Sağ olun siz necəsiniz? Iıı Sara elə 5 dəqiqə olar ki, yatdı. Şam yeməyi etdik sonra isə yatmağa getdi. Hə e telefonu xarab olub mənim də başım qarışıqdıdeyə ustaya apara bilməmişəm hələ. Nə lazım idi ki?

— Siz yaxşı olun təki oğlum. Hə bildim qoy yatsın. Heç nə lazım deyildi, sadəcədedim bir hal-əhval soruşum. Onda qoy yatsın sabah vuraram olmasa da keçmək istəyirdim bir sizə. Görüşərik sabah inşAllah.

Əl-ayağım birdən əsməyə başladı, cəld bildirməməyə çalışaraq:

— Xala, ay xala. Gəlməyin. Yəni öz evinizdir nə zaman istəsəniz gələrsiniz amma biz qərarlaşdırmışıq ki, bacımgillə tətil kimi bir yerlərə gedək.

(O an ağlıma heç nə gəlmədi və belə bir yalan uydurdum)

— Hə yaxşı xala qurban, bildim. Sizə xoş əyləncələr onda, başqa zaman görüşərik. Saraya da salam deyərsən Allah sizi qorusun oğlum sağol, Allah amanında.

Sağollaşdıqdan sonra yan otağa keçdim. Əllərim, ayaqlarım əsə-əsə divara söykəndim. Ağlayaraq telefonumu əlimə aldım. İnternetə yazı yazdıqdan sonra gələcək olan cavabı gözlədim.

«İnsan öldükdən sonra bədən tədricən soyumağa başlayır. Buna tibbdə algor mortis deyilir. Adətən ilk 1-2 saat ərzində bədən isti qala bilər, sonrasında isə orta hesabla yavaş-yavaş soyumağa başlayar».

Telefonu divara çırpdım, qışqıra-qışqıra «merata qalmış telefon sənində başın qaçıb artıq. İnternet də nə düz olur ki, zatən. Yoldaşım yayda belə tez üşüyən biridi bu axmaq telefon isə nə sarsaqlayır».

Gözlərimdən gələn yaşları silə-silə Saranın yanına keçdim. Yanında uzandım, ağlayaraq onu qucaqlayıb «İndi isinəcəksən həyatım» deyərək yuxuya getdim. Səhər durub, hər zamankı kimi hazırlaşdım. Saranın yanağından öpdüm və «gözəlim, işəgetməliyəm çağırırlar tez işlərimi bitirib gələcəyəm. Sən dincəl biraz» deyərək qapınıkilidlədim və evdən çıxdım.

Axşam evə dönəndə qapını açıb evə keçdim. Tez Saranın yanına gedib «mən gəldim, mən gəldim ömrüm, günüm» dedim. Ona yaxınlaşıb öpmək istəyəndə ondan xoşolmayan qoxunun gəldiyini hiss etdim. Sanki bu yeməyi yaddan çıxıb soyuducuya qoymayanda xarab olduqda gələn bir qoxu idi. Pəncərələri açmaq istədim, ancaq düşündüm ki, Sara üşüyər. Elə bircə onun otağının pəncərəsini açdım. Tez gedib stolunüzərindəki Saranın ətirini gətirdim və ədyalları götürüb bütün bədəninə vurdum. Boğazına vura-vura ona yaxınlaşıb qoxunu içimə çəkdim.

«Allahım, bu necə də möhtəşəm bir qoxudur». Ətiri o qədər vurmuşdum ki, artıqəlimdəki balaca şüşə bitmişdi. Və mən tez gedib Saranın bəzək əşyalarının yerinəbaxdım ki, başqa dolu ətir gətirim. Ancaq hamısı boş idi. (Saram boş ətir qablarınısaxlamağı çox sevərdi) Sonuncu ətiri də mən bitirmişdim.

«Lənət olsun, tüpürüm belə işin içinə» deyərək Saranın geyim otağına sarı yolladım. Onun bütün paltarlarını yerə tökdüm, və hamısını bir-bir qoxulamağa başladım. Çoxu yeni yuyulduğuna hətta işlədilmədiyinə görə onlarda Saranın qoxusu yox idi. Hamısınıqoxulamağa davam etdim. Axırda birazında onun iyisini hiss etdim. Tez onları götürdüm və Saranın yanına gəldim. Əynindəki paltarları soyundurub gətirdiklərimi geyindirdim və onu bağrıma basdım.

Bu zaman qapı döyüldü. Mən tez Saranı yatağa uzadıb, qapını bağladım və tez otaqdan çıxdım. Qapını açmağa getdim və gələn isə bacım idi. Onunla anamgiləgedəcəyimi tamamilə unutmuşdum. Qapını açdım və bacım dedi:

— Haralardasan sən? Telefonuna da zəng çatmır.

— Bacı, inanırsan unutmuşdum. Telefonum işdə qalıb, uşaqlar gətirəcək.

— Sən elə balaca vaxtı da belə idin, unutqan idin də. Nəysə gəl gedək, gözlə bir Saraya da salam deyim bura qədər gəlmişəm.

Sanki gözlərim başıma qalxdı.

— Yox, yox Sara hamamda. Başqa vaxt deyərsən ta gecdir gəl gedək.

Təlaşlı olduğumu birtəhər gizlədərək qapını bağladım və yola düşdük.

— Hə de görək.

— Nəyi deyim bacı?

— Elə bilirsən uşağam axı, qapını açan kimi səndən gələn qadın ətir iyisini hiss etdim. Nə məsələdi belə (gülümsəyərək).

— Bacı, demə e. Özümü heç yaxşı hiss etmirəm. Bəyaq bilmədən Saranın ən çox sevdiyi ətirini yerə salıb qırdım. Bəlkə elə sən kömək edəsən mənə, qadın ətiri satılan yer de mənə gedim eynisindən alım. Amma inşAllah taparam çünki bunu Sara burdan almamışdı.

— Deyirəm axı nəsə olub üzündə nəsə təlaş hiss etdim elə məndə. Hə hə niyəbilmirəm, bu dəqiqə deyərəm. Tapılar, tapılar. Tapılmasa da dünyanın sonu deyil ki, güya başqasını alarsan. Hə bu arada Elvinlə rayona getmək istəyirik biraz zaman keçirdək deyə, tətil də edərik. Sən də Saranı götür gəl gedək.

— Hə sizə çox istirahətlər, amma biz gələ bilməyəcəyik evdə olmaq istəyirik...

Bacımı evə apardıqdan sonra ətir mağazalarına getdim. Saranın ətirini soruşdum. Ancaq heç yerdə yox idi. Gecə evə getmədim. Nə qədər ətir mağazası var idisə hamısınıbir-bir gəzməyə başladım. Artıq 2 gecə idi ki, küçələri o yan-bu yan fırlanır ətir üçün hər yerə gedirdim. Artıq ümidim kəsilmişdi. Evə dönməyi qərara aldım. Yol da daha bir mağaza gördüm. Ora girib xətri qalmasın deyə ətiri soruşdum. Həyatıma günəş sanki yenidən doğdu. Ətir orada var idi. Sevindiyimdən bilmədim ki, nə edim. Tez «alıram»dedim. Ancaq ətir baha idi və üzərimdə isə o qədər pul da yox idi. Amma onu bu dəqiqəevə aparmalı idim. Nə edəcəyimi bilmədim. Satıcı isə istəyirsinizsə «saxlayaq sonra alarsınız, ancaq bu ətir tez bitir sonra qalmaya da bilər» deyirdi. Mən isə üzərimdəki bütün pulu verdim və sonrasında isə qaynanamgilin nömrəsini verib dedim:

Ətir mağazasında...

— Pulun qalanını isə bu nömrəyə vurun, gətirəcəyəm. İndi telefonum evdə qalıb. Sonra yadımdan çıxmasın.

Birtəhər razılaşıb ətiri aldım və tez qaça-qaça evə gəldim. Saranın yanına getdim vəqapını açanda isə otaq ifunət qoxurdu. Tez Saraya yaxınlaşdım. Ona daha öncəsindəvurduğum ətirdən əsər-əlamət yox idi, bütün qoxular bir-birinə qarışmışdı. Tez aldığımətiri Saraya vurdum, ağlaya-ağlaya bütün bədəninə ətiri gəzdirdim. Əlimi bədəninə hiss etdikcə isə soyuqluğu daha yaxından hiss edirdim və buz kimi soyuq bədənini qucağıma aldım. Maviyə çalan dodaqlarından öpdüm, saçlarını qoxuladım. Barmaqlarınıbarmaqlarıma doladım. Çənəm titrəyə-titrəyə «Mən evə gec gəldim, pəncərə də açıq qalıb, ona görə üşüdün» deyərək ittihamlar yağdırmağa başladım. Saranı ehtiyatla yatağa uzatdım və geyim otağına keçdim. Əlimdəki ətir şüşəsinin içində qalan ətiri paltarlarının üzərinə vurdum. Ağlaya-ağlaya onları qoxuladım. Dizlərim sanki taqətdən düşdü. Yerə yıxıldım. Paltarları burnuma dayadım, qışqıraraq ağlamağa başladım. Boşətir şüşəsini başıma vura-vura dedim:

— Mən etdim mən mən. Şərəfsizlik etdim, axı niyə onu tək qoyub getdim hə niyə dəniyə. Bu soyuqda pəncərənimi açarlar bax axmaq oğlu axmaq Saram üşüyüb axı.

...

     Əlimdəki paltarları bağrıma basdım. Üsyan edərək hıçqıra-hıçqıra ağladığımdan qapının döyülməyini belə eşitmirdim.

     Qaynanamgilə zəng getmiş və ətir pulu istənilmişdi. Qaynanam da bacıma vurmuş vəSaranı soruşmuşdu.

— Necə yəni qızım? Saragil sizinlə tətilə getməyib? Axı mənə gedəcəyik demişdi.

— Xeyr xala, mən təklif etdim amma qardaşım dedi ki, Sara ilə evdə olacağıq.

     Bu hadisələrdən qorxan qaynanam hər kəsə xəbər vermiş, ard-arda zənglər etmişdaha da narahat olaraq polislə qapıya gəlmişdilər. Polis qapını sındırmağa çalışırdı.

     Mən isə ağlamaqdan gözlərim qıpqırmızı olmuşdu. Saranın köynəyini burnuma dayamış qoxunu içimə çəkərək:

— Cənnət qoxulu yoldaşım. Bəs sən niyə belə etdin hə? Bəs mən 10 ildən sonraözümü tapmışdım. Səninlə tapmışdım axı özümü. Bilirəm, mənə hirslisən ki, səni tək qoyub getdim. Qəbul edirəm də günah məndədi. Sən ətirlər alanda mən maneəolmayıb əksinə daha çox alsaydım indi əlimi atanda ətir olacaqdı. Və mən də məcbur qalıb getməzdim... 

Polislər evə daxil oldu...

Qapı sonunda açıldı. Polislər, hər kəs içəri daxil oldu. İlk Saranın otağına getdilər. Qoxudan içəri girmək belə olmurdu. Saranın anasının ürəyi keçdi və hər kəs qışqırmağa, ağlamağa başladı. Bacım hər yerdə ağlayaraq məni axtarırdı. Hələ dəolanlara inanmayıb qışqıra-qışqıra «qaqaş, hardasan, hardasan cavab ver» deyirdi. Geyim otağına gəldilər və yerə tökülən paltarları görərək hər yeri axtarmağa başladılar. Sonunda bacım Saranın ən küncündəki geyim şkafını açdı. Və «BURADADIR, TAPDIM»deyərək var gücü ilə qışqırdı.

Amma çox gec idi. Çünki bu qışqırığı artıq o eşitməmişdi..

Bacısı yanındakı vərəqi götürdü və oxumağa başladı:

Son sözlər...

«Saram məni bağışla. Bunu yəqin ki, yuxudan duranda oxuyacaqsan. Mən 10 il öncə özümü itirdiyimi düşünürdüm. İllər sonra qazandığımı düşünərkən səni itirdim. Səndən sonra isə artıq ruhən özümü itirdim. Və buna görəqoxuna belə sahib çıxa bilməyib ən sonda da qoxunu itirdim. "Cənnət
qoxusunu" itirdiyim bir dünyada yaşamağdansa, burax elə dünyamı da itirim..»

Bacısı qışqırmağa, saçlarını yolmağa başladı. Ah-fəryad edərək dedi:

— Mən etdim mən mən. Kaş o gün qapıdan içəri girərdim. Lənət olsun mənim kimi bir qadına — deyərək yerə yıxılır.

Polislər hər kəsi evdən uzaqlaşdırır və cəsədin üzündəki paltarları götürüb, qırıq ətirşüşəsinin qalıqlarını əlindən yerə atırlar. Kəsilmiş biləklərinin üzərini bağlayıb göz yaşlarını silərək cəsədi xəstəxanaya aparmaq üçün hazırlaşırlar...

Son səhnə...

SİZLƏR ÜÇÜN

"Həyat elə anlardan ibarət bir yoldur ki, bəzən insan sadəcə birini itirmir, həmçinin onunla birgə özünün heç vaxt geri gələ bilməyəcək tərəfini dəitirir. Məgər elə ən faciəlisi də bu deyilmi? Sevdiyinin olmamasının anlamaqdan savayı onunla qurduğun gələcəyin əsla gərçəkləşməyəcəyini anlamamaq..

Həyatdırda, kimi insan öldükdən sonra torpağa qarışar, kimisi də bir qoxuya çevrilərək bütün ömürə yayılar."

Əziz oxucular

Həyatınızda olan insanların səsini, təbəssümünü, davranışlarını, qoxusunu bir sözlə ən kiçik vərdişlərini belə qiymətləndirin, görməzdən gəlməyin.Çünki bir gün ən çox darıxacağınız şeylər məhz elə bir zamanlarəhəmiyyətsiz zənn etdiyiniz bu anlar olacaq. Və sevdiyiniz insanları sabahınümidinə saxlamayın. Hansı ki, bəzən birini sevmək onunla yaşamaq anlamını kəsb edər amma onu itirmək isə onsuz yaşamağı öyrənməyəməcbur olmağa məhkum olmaqdır. Əmin olun bunun ağrısı isə tamam ayrıdır.. Vaxtınızında bol olduğunu düşünərək nələrisə təxirə salmayın, eləbu gün, bu saat, indi edin. Çünki bəzi yoxluqların qarşısında peşmanlıq beləaciz qalır...

SON

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru