Mirzə Cəlilin “Kamança” pyesi səhnələşdirilir

Noy 13, 2026 - 16:28
 0  6
Mirzə Cəlilin “Kamança” pyesi səhnələşdirilir

Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli yazıçı-dramaturqu Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb.

Bu barədə Yazici.az-a teatrdan məlumat verilib.

Bildirilib ki, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik edib, uğurlar arzulayıb.

Tamaşada Xalq artistləri Sabir Məmmədov, Kazım Abdullayev, Əməkdar artistlər Gülşad Baxşıyeva, Elnar Qarayev, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Şəhla Əliqızı, Lalə Süleymanova, Səmayə Qulamzadə, Nəzrin Abdullayeva, Xədicə Novruzlu, Xədicə Bayramova, Elşən Əskərov, Elsevər Rəhimov, Vüsal Mustafayev, Elçin Nurəliyev, Kənan Hüseynov, Nihad Aslan, Əliulla Vəliyev, Rüfət Əhmədov, Muhuma Sahov, Əli Rasimoğlu və Rəvan Səmədov iştirak edirlər.

Yeni səhnə əsərinin quruluşçu rejissor və səhnələşdirmə müəllifi Nihad Qulamzadə, quruluşçu rəssamı İlham Əsgərov, bəstəkarı Vüqar Babayev, qrafik həll Binyamin Sailov, işıq üzrə rəssamı Rafael Həsənov, dekor -konstruktoru Şakir Məmiyev, rejissor assistenti Fəridə Zülfüqarlıdır.

“Kamança 20/20” tamaşası ölməz Cəlil Məmmədquluzadənin eyniadlı pyesinin motivləri əsasında hazırlanmış müasir səhnə yozumudur. Tamaşa klassik mətnin ideya mahiyyətini qorumaqla yanaşı, onu XXI əsrin tarixi və mənəvi reallığı ilə üz-üzə gətirir. Tamaşanın əsas fərqləndirici cəhəti müharibəni təkcə qəhrəmanlıq və ya məğlubiyyət prizmasından deyil, insan vicdanı, seçim azadlığı və mənəvi məsuliyyət kontekstində təqdim etməsidir. Bu yaddaş dramı 1920 və 2020-ci illərin Qarabağ müharibələrini paralel şəkildə birləşdirir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru