Anar Seyidağanın "Möhür" şeirlər kitabı işıq üzü görüb
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Anar Seyidağanın "Möhür" şeirlər kitabı işıq üzü görüb.
Yazici.az xəbər verir ki, "Qanun" nəşriyyatında çap olunan kitaba müəllifin əsasən son 3-5 ildə yazdığı modern şeirlər toplanıb.
Xatırladaq ki, bu, sayca müəllifin 4-cü şeirlər kitabıdır. Buna qədər "Allah, bir yol göstər", "Heyif bu sevgidən", "De ki sevirəm səni" şeirlər kitabı ilə oxucularını sevindirib.
Müəllifi təbrik edir, kitabdan bir şeir oxuculara təqdim edirik.
MÖHÜR
İsrafilin surun kimdi gözləyən?
Bir qığılcım, bir də şeypur yeridir...
Vətəni sevməyi öyrətmək olmur,
Bu, qan yaddaşıdır, şüur yeridir.
Bitəcək rəzalət, bitəcək həsrət,
Qalxar Savalandan üç tonqal əlbət.
Hanı Xətainin cızdığı sərhəd?
Sorub, sual etmək qüsur yeridir.
Tərs dönər qılıncı bir gün zamanın,
Səbri tükənəndi axı insanın.
Nə şimal, nə cənub, Azərbaycanın
Araz imzasında möhür yeridir.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0