Buker mükafatının qalibi məlum oldu
Böyük Britaniyanın ən nüfuzlu ədəbiyyat mükafatı olan "Booker" 2026-cı il üzrə sahibini tapıb.
Yazici.az xəbər verir ki, 81 yaşlı ingilis yazıçısı M. Con Harrison distopik elmi-fantastik janrdakı "The End of Everything" ("Hər şeyin sonu") romanı ilə müfakatın qalibi seçilib.
O, mükafatın 57 illik tarixində "Booker" qazanan ən yaşlı yazıçı kimi tarixə düşüb.
Romanın süjeti müəmmalı bir fəlakətdən sonra Britaniya cəmiyyətinin çöküşünü və İngiltərənin cənub-şərq sahillərində yaşayan bir kişi ilə xalasının mübarizəsini əks etdirir. Əsərdə naməlum yadplanetli varlıqların gəlişi də təsvir olunur. Müəllif hadisələrin arxa planı haqqında məlumatları qəsdən gizlədərək, oxucuda personajların yaşadığı çaşqınlıq və disorientasiya hissini yaratmağı hədəfləyib.
Münsiflər heyətinin sədri Deym Meri Berd romanı çətin, lakin parlaq bir əsər kimi qiymətləndirib. Onun sözlərinə görə, kitab oxucunu sarsıtsa da, sonda qəribə bir nikbinlik hissi bəxş edir. Buker mükafatının icraçı direktoru Qabi Vud isə Harrisonu janr sərhədlərini aşan, orijinal düşüncə tərzinə malik bir yazıçı kimi xarakterizə edib.
Qeyd edək ki, bu qalibiyyət yazıçıya 50,000 funt-sterlinq pul mükafatı qazandırıb.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0