“Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda
Qazaxıstanda keçirilən Baykonur Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülən “Erkən hisslər” qısametrajlı filmi oktyabrın 13-dən 17-dək Avstriyanın Linz şəhərində təşkil olunacaq beynəlxalq festivalın əsas müsabiqə proqramında nümayiş etdiriləcək.
Bunu Yazici.az-a açıqlamasında filmin ssenari müəllifi və rejissoru Nurlan Həsənli deyib.
O diqqətə çatdırıb ki, filmdəki hadisələr 2002-ci il futbol üzrə dünya çempionatı dövrünü əhatə edir. Rejissor bildirib ki, süjet xəttində 11 yaşlı oğlan ilk dəfə ölüm gerçəkliyi ilə üzləşdiyi bir məqamda bəyəndiyi qızın diqqətini cəlb etmək üçün məhəllə uşaqları ilə rəqabətə girir: “Çəkilişlər 7 gün ərzində Bakının müxtəlif məkanlarında aparılıb. Montaj və digər post-prodakşn işləri 3 ay çəkib. Filmdə əsas rolları Şəfi Sadiq, Tural Baxış, Vüsalə Ağayeva, Nur Vahbi və Hüseyn Abdullazadə canlandırıblar”, - deyə N.Həsənli əlavə edib.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0