Sevinc Qəribin "Sonra..."sı işıq üzü gördü
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Sevinc Qəribin yeni şeirlər kitabı nəşr olunub.
Yazici.az xəbər verir ki, "Sonra..." adlı kitabda müəllifin əsasən yeni və seçmə şeirləri yer alıb. "Adiloğlu" nəşriyyatında çap olunan kitabın redaktoru AYB və AJB üzvü, şair Namiq Dəlidağlı, ön söz müəllifi ədəbiyyatşünas, yazıçı, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı İlahə Səfərzadədir.
"Sonra..." şeirlər toplusu S.Qəribin oxucularla üçüncü görüşüdür. Bundan əvvəl şair oxuculara "Hardasa o uzaqlarda..." (2017), "Ovcun əllərimin isti yuvası..." (2021) adlı şeir kitablarını təqdim edib.
Qeyd edək ki, Sevinc Qərib "Dəlidağ" Ədəbi Birliyinin sədr müavini, eyniadlı saytın ədəbiyyat şöbəsinin redaktoru, həmçinin "Manevr.az" saytında baş redaktorun müavini kimi fəaliyyət göstərir.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0