Günel Eyvazlının “Dəcəlim” adlı uşaq şeirlər toplusunun ikinci nəşri işıq üzü görüb
Yazıçı Günel Eyvazlının uşaqlar üçün nəzərdə tutulmuş yeni “Dəcəlim” adlı şeirlər toplusunun ikinci nəşri “Azəri - poliqrafiya” nəşriyyatında işıq üzü görüb.
YAZİCİ.AZ xəbər verir ki, kitab “Davranış və münasibət”, “Duyğular”, “Fantaziya, xəyal dünyası” adlı üç bölümdən ibarətdir. Hər bölmədə uşaqların dünya görüşünü, duyğularını və təxəyyülünü zənginləşdirən maraqlı, düşündürücü və eyni zamanda əyləncəli şeirlər yer alıb. Müəllif sadə və səmimi üslubda yazdığı bu şeirlərlə uşaqların həm mənəvi inkişafına töhfə verməyi, həm də onların kitab oxumağa marağını artırmağı hədəfləyib.
Topluda yer alan şeirlər uşaqlara dostluq, sevgi, hörmət, təbiətə qayğı kimi dəyərləri aşılayır.
“Dəcəlim” kitabı valideynlər və müəllimlər üçün də faydalı vəsait olmaqla, uşaqların həm əylənərək, həm də öyrənərək inkişaf etməsinə xidmət edir.
Qeyd edək ki, “Dəcəlim” müəllifin sayca 6-cı kitabıdır. Kitabda yer alan şeirlərin bəzilərinin animasiya və nəğmə formatını Youtube – da Günel Eyvazlı kanalı, “Tik-tok” da isə “Decelim.ushaq.dunyasi” kanalı üzərindən izləyə bilərsiniz.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0