Hekayə müsabiqəsinə əsərlərin qəbulu davam edir

Noy 24, 2026 - 21:29
 0  6
Hekayə müsabiqəsinə əsərlərin qəbulu davam edir

1 noyabr 2026-cı il tarixindən etibarən “Ədibin Evi” Mir Cəlal adına növbəti - VI Hekayə Müsabiqəsini elan edib.

Yazici.az xəbər verir ki, hekayələrin qəbulu 2027-ci il martın 1-dək davam edəcək. Həm peşəkar, həm də həvəskar yazıçılar müsabiqədə iştirak edə bilər.

Müsabiqəsinin şərtləri dəyişməz qalır: təqdim edilən hekayələr

 

- Azərbaycan dilində yazılmalı;

- həcmi 1500 sözdən çox olmamalı;

- yeni olmalı, əvvələr çap və ya elektron şəkildə yayılmamalı;

- süni intellektdən istifadə edilmədən yazılmalıdır.

 

Hekayələr müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birlikdə 2027-ci il martın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir.

Hekayə mövzusu sərbəstdir.

 

Mükafat fondu:

1-ci yer üçün 3000 AZN;

2-ci yer üçün (2 nəfər) 2000 AZN;

3-cü yer üçün (3 nəfər) 1000 AZN.

 

Müsabiqəyə 2027-ci ilin aprelin sonunda yekun vurulacaq.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru