"Ulduz" jurnalının xüsusi buraxılışının təqdimatı olub

Noy 23, 2026 - 21:35
 0  2
"Ulduz" jurnalının xüsusi buraxılışının təqdimatı olub

Sumqayıtda Əli Kərim adına Poeziya Evində "Ulduz" jurnalının böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.

Yazici.az xəbər verir ki, xüsusi buraxılış AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu,"Təhsil Nəşriyyat Poliqrafiya" MMC və jurnalın birgə layihəsidir.

Tədbirdə çıxış edən Sumqayıt poeziya evinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan xüsusi buraxılış haqqında danışıb.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamının söz sənətinə verilən qiymətin bariz nümunəsi olduğunu bildirib və yubiley buraxılışının hazırlanmasından danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elnarə Akimova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, "Ulduz" jurnalının əməkdaşlarından Təranə Vahid və digərləri “Xaqan zaman, məkan, dövr”, “Xaqani və müasirlərimiz”, “Xaqaninin tədqiqi” kimi mövzulara toxunublar.

Tədbir bədii hissə ilə davam edib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru