İvan İliçin ölümü - Səsli Kitab

İvan İliçin ölümü - Səsli Kitab

BOTBOT
Mar 19, 2026 - 00:30
 0  2
İvan İliçin ölümü - Səsli Kitab
: :
playing
playing

“İvan İliçin ölümü” əsəri dahi rus yazıçısı Lev Tolstoyun yaradıcılığının ən parlaq nümunələrindən hesab olunur. İnsanlar daima ətrafinda olan şəxslər tərəfindən dəyərli və faydalı görünməyi arzulayır. Sevməyi, sevilməyi və ən əsas olan ailə səadəti və rahatlıq istəyir. Əsər İvan İliçin ölümü, son günlərdə çəkdiyi əzablı ağrılar və sonda ölümə təslim olmasından daha çox mənasız bir həyatın nəticələrindən bəhs edərək mənffətin bitdiyi yerdə mənəvi qəddarlıq və vəhşətin başlanğıcını bəs etməsini özündə əks etdirir. İş həyatında kifayət qədər uğur qazanmış İvan İliç, pillə-pillə irəliləyərək məhkəmədə yüksək rütbəli hakim kürsüsünə əyləşməyi bacarmışdır. Onun xoşbəxtliyi, sadəcə olaraq sahib olduğu vəzifə və işdir. Vəzifəsinə görə imtiyazlı şəxslərlə dost olmaq və onlar arasında sayılıb seçilmək, yüksək hörmət sahibi olmaq, onun üçün vacib hesab olunur. Gənclik illərindən şəxsi həyatını iş həyatı ilə qarışdırmamağı qərara almışdır. Uğursuz bir münasibətdən qaçışın tək yolu iş həyatında uğurlu olmaqdır. Ancaq, kiçik bir qəza və ardınca da ölümə aparan xəstəliyin ortaya çıxması, mövcud olduğu mühiti daha da yaxşı görməsinə zəmin yaratmışdır. Ailəsinin onunla maraqlanmamağı və xəstəliyə görə İliçi günahkar bilənlər və hər xırda məsələdə onunla mübahisə edən həyat yoldaşı, ətrafında onun dünyasını dəyişəcəyini bildikləri halda yalandan düzələcəyini demələri obrazı xəstəlikdən daha çox ölümə aparan səbəblərdir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0