Naxçıvan Milli Dram Teatrı Türkiyədə çıxış edib

Mar 26, 2026 - 16:26
Mar 26, 2026 - 16:43
 0  4
Naxçıvan Milli Dram Teatrı Türkiyədə çıxış edib

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən beynəlxalq festivalda çıxış edib.

Yazıçı Ədəbiyyat Portalı xəbər verir ki, teatr Samsunda təşkil olunan 8-ci Beynəlxalq Teatr Festivalı çərçivəsində Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

Quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı isə Səyyad Bayramov olan tamaşada əsas obrazları Xalq artisti Yasəmən Ramazanova, həmçinin gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov, Əlizamin Abbasov, Ələsgər Quliyev, Saynur Babayev və Seyfəddin Məmmədli canlandırıblar.

Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsəri əsasında kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən üç fərqli versiyada hazırlanıb.

Festival çərçivəsində uğurla nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda kollektivə müxtəlif hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0