“Xatirələrdəki Yusif Səmədoğlu” kitabı işıq üzü görüb

Noy 24, 2026 - 22:36
 0  0
“Xatirələrdəki Yusif Səmədoğlu” kitabı işıq üzü görüb

Azərbaycan Respublikası Prezidentinin “Yusif Səmədoğlunun 90 illik yubileyinin qeyd olunması haqqında” 2025-ci il 4 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Xatirələrdəki Yusif Səmədoğlu” kitabı nəşr olunub.

Yazici.az xəbər verir ki, nəşrdə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Afaq Məsud, Xalq şairləri Vaqif Səmədoğlu, Fikrət Qoca, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Xalq artistləri Həsənağa Turabov, Həsən Məmmədov, tanınmış qələm sahibləri Vaqif Bayatlı Odər, Abbas Abdulla, Seyran Səxavət, Vaqif Yusifli, Arif Əmrahoğlu, Ayaz Vəfalı, Məti Osmanoğlu, Natəvan Dəmirçioğlu, Aygün Bağırlı, Gülbəniz Əzimzadə, Yeganə Dilbazi və Pərvinin görkəmli syazıçının həyat və yaradıcılığı haqqında memuarları, habelə qüdrətli söz ustadının ailə üzvlərinin xatirələri toplanıb.

“Azərnəşr”də işıq üzü görən kitabın tərtibçisi və redaktoru Fərid Hüseyndir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru