Xanəli Kərimlinin yeni kitabı işıq üzü gördü

İyl 3, 2026 - 19:36
 0  17
Xanəli Kərimlinin yeni kitabı işıq üzü gördü

Şair, ədəbiyyatşünas və pedaqoq Xanəli Kərimlinin “Mən haqqın yazan əliyəm” şeirlər kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb.

YAZİCİ.AZ xəbər verir ki, kitabın rəyçisi filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, tərtib edən və nəşrə hazırlayanı Nəriman Əbdülrəhmanlı, redaktoru Məmməd Tahirdir.  

Yüzdən çox elmi, publisist, metodiki məqalənin və dərs vəsaitinin müəllifi olan, İranda, Türkiyədə, Pakistanda, Hollandiyada, Gürcüstanda, həmçinin ölkə daxilində keçirilən bir sıra beynəlxalq elmi simpozium və konfranslarda Azərbaycan elmini ləyaqətlə təmsil etmiş ədəbiyyatşünas alim, pedaqoq və bənzərsiz şair Xanəli Kərimlinin anadan olmasının 75 illiyinə təsadüf edən yeni poetik toplusunda son illərdə qələmə aldığı şeirlər toplanmışdır.

X.Kərimlinin poeziyası insanın daxili dünyasını, ömür yolunu, zamanla münasibətlərini sorğulayan fəlsəfi motivlərlə zəngindir. Əminik ki, bu poetik hesabatı da oxucularının qəlbini fəth edəcək.

Xatırladırıq ki, görkəmli şair, ədəbiyyatşünas və pedaqoq, Naxçıvan MR-in Əməkdar müəllimi, II çağırış (2000-2005) Naxçıvan MR Alı Məclisinin deputatı Xanəli Kərimli “Ay işığında” (1998), “Anamdan məktub” (2000), “Bu da bir nağıldı...” (2004), “Mənə elə gəlir ki...” (2008), “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır” (İran, 2011), “Payız duyğuları” (2013), “Ahlat taşı” (Türkiyə, 2019), “Mir v moix lodonyax” (“Dünya mənim “ovcumdadır”, 2020), “Tanrı müjdəsi” (2021) poetik toplularının müəllifidir. Haqqında “Xanəli Kərimli-55: Şairə məktub” (2007), “Xanəli Kərimli-60: Sözün Əlincə qalası” (2011), “Xanəli Kərimli-65: Bir ömrün işığı” (2016), Xanəli Kərimli-70: Şairin könül dünyası” (2021) topluları, S.Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011) monoqrafiyası, Əli Rza Xələflinin “Söz və qan” povest-xronikası, (2016) nəşr edilib, Naxçıvanın “Əcəmifilm” kinostudiyasında “Payız duyğulu şair ömrü: Xanəli Kərimli” (2014), “Təbiət vurğunu, Vətən aşiqi” (2022) adlı sənədli filmləri çəkilib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0