2026-cı il üzrə ilin kitabı seçildi

Noy 28, 2026 - 20:22
 0  6
2026-cı il üzrə ilin kitabı seçildi

Amerikalı jurnalist və yazıçı Patrik Radden Kifin “London Falling” kitabı “Waterstones” şəbəkəsinin 2026-cı il üzrə ilin kitabı seçilib.

Yazici.az xəbər verir ki, sənədli araşdırma janrında yazılan əsər Londonda 19 yaşlı Zak Bretlerin müəmmalı ölümündən bəhs edir.

Gənc lüks mənzilin eyvanından yıxılaraq həyatını itirib. Hadisədən sonra ailəsi oğlunun özünü imkanlı rus oliqarxın övladı kimi təqdim etdiyini və təhlükəli insanlarla əlaqəli gizli bir həyat yaşadığını öyrənməyə başlayıb.

Kitab yalnız bir ölüm hadisəsinin araşdırılması ilə kifayətlənmir. Müəllif ailənin oğullarının ətrafında qurulmuş yalanları, Londonun varlı təbəqəsi ilə cinayət dünyası arasındakı əlaqələri anlamaq cəhdini də izləyir. “Waterstones”un əməkdaşlarının səsverməsi ilə seçilən kitabın ilin ən yaxşısı elan olunmasında oxucular arasında geniş müzakirə yaratması və ağızdan-ağıza yayılan nüfuzu xüsusi rol oynayıb.(kulis.az)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru