Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum oldu
Kanadalı şair, yazıçı, esseist və tərcüməçi Enn Karson 2026-cı ilin Ədəbiyyat üzrə Nobel mükafatının laureatı elan edilib.
Yazici.az xəbər verir ki, o, bu mükafata klassik ənənə ilə oynaq dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb.
"Enn Karson karyerası boyu ədəbi yaradıcılığını tərcüməçilik fəaliyyəti və müxtəlif universitetlərdə müəllimliklə əlaqələndirib. Onun, demək olar ki, bütün əsərləri iki başlanğıcın - filoloqun sözlərə olan həvəsinin və şairin yeni mənalar tapmaq cəhdinin kəsişməsində yer alır", — deyə İsveç Elmlər Akademiyasının ekspert komissiyası qeyd edib.
Karsonun özü də müsahibələrində bildirmişdi ki, onun bütün əsərləri üçün başlanğıc nöqtəsi sözlərin etimologiyasıdır.
Kanadalı şair, yazıçı, esseist və tərcüməçi Enn Karson (Anne Carson) 21 iyun 1950-ci ildə Toronto şəhərində anadan olub. O, həmçinin antik ədəbiyyat tədqiqatçısı və universitet professorudur. Toronto Universitetində təhsil alan Karson 1981-ci ildə doktorluq dərəcəsi qazanıb. ABŞ və Kanadanın nüfuzlu universitetlərində, o cümlədən Prinston, Nyu-York və Miçiqan universitetlərində dərs deyib.
Yaradıcılığında qədim yunan mifologiyasını müasir ədəbiyyatla birləşdirərək poeziya, nəsr və esse janrlarını özünəməxsus şəkildə sintez edir. Ən məşhur əsərləri arasında "Autobiography of Red", "The Beauty of the Husband", "Nox və Red Doc" yer alır. Ədəbi fəaliyyətinə görə iki dəfə "Griffin" poeziya mükafatına, "T.S.Eliot" mükafatına, 2020-ci ildə "Asturiya Şahzadəsi" ədəbiyyat mükafatına və 2021-ci ildə "PEN/Nabokov" mükafatına layiq görülüb.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0