Beynəlxalq Teatr Günü qeyd olunub

Mar 28, 2026 - 17:55
 0  4
Beynəlxalq Teatr Günü qeyd olunub
Beynəlxalq Teatr Günü qeyd olunub
Beynəlxalq Teatr Günü qeyd olunub
Beynəlxalq Teatr Günü qeyd olunub
Beynəlxalq Teatr Günü qeyd olunub

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Teatr Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə Yazıçı Ədəbiyyat Portalı-a İttifaqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə əvvəlcə teatrın tarixini və Azərbaycan Teatr Xadimləri İttifaqının beynəlxalq əlaqələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov ittifaqın beynəlxalq əlaqələri barədə məlumat verib.

Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Əməkdar artist, professor Azad Şükürov və başqaları Beynəlxalq Teatr Gününün tarixindən, Azərbaycan teatrının uğurlarından söhbət açıblar.

Teatr sahəsində xidmətləri olan sənətçilərə ittifaqın "Teatr fədaisi" medalı, "Qızılgül" mükafatı və Fəxri fərmanları təqdim olunub.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0