Fatma tar çalır - Abbasqulu ağa Bakıxanovun şeiri
Yazici.az ədəbiyyat portalı böyük mütəfəkkir, alim, şair Abbasqulu ağa Bakıxanovun "Fatma tar çalır" şeirini təqdim edir.
Əlində titrərkən o nazik tellər,
Sonsuz həyəcanla titrədi qəlbim.
O incə, o şirin, dadlı nəğmələr
Fələyə qaldırdı ruhumu mənim.
Eşqin yüksəldi
fərəhlə bir an
Şövqə gəldi can.
Qoy açsın qanad
sənin xəyalın.
Bir an da olsa, qoy gülsün bu həyat,
Məst etsin qəlbimi gözəl camalın.
Hamıdan xoşbəxtəm bu dünyada mən,
Səninlə bağlıdır bəxtiyarlığım.
Əqlim də sən oldun, düşüncəm də sən
Sənsiz nəyə lazım mənim varlığım?
Hüsnünün nurunu gördükdə bir dəm,
Könül qaldı mat.
Sanasan dövrəmdə rəqs etdi aləm,
Bütün kainat
bir nəğmə oldu,
Füsunlu ahənglə qəlbimə doldu.
Mən səni araram, ey əziz nigar,
Qoyma ki, arizum qəlbimdə qalsın.
Təbiət məst olub bizə oldu yar,
Çalışır tez bizi ağuşə alsın.
O şaqraq səsində
Məlahət vardır,
Ürəyim səninlə
Nə bəxtiyardır!
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0