Gənc qazi şairin kitab təqdimatı keçirilib
Bakı Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşkilatçılığı ilə 44 günlük vətən müharibəsinin iştirakçısı, qazi, gənc şair Nadir Həsənoğlunun ''Sözlərdə yatan xəzinə'' adlı kitabının təqdimatı keçirilib.
Yazıçı Ədəbiyyat Portalı xəbər verir ki, dövlət himnimiz səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı gənc şair Nadir Həsənoğlunun yaradıcılıq yolundan söhbət açıb. Qeyd edib ki, Nadir Həsənoğlunun vətənpərvərlik mövzusunda yazdığı şeirlər gənclərə nümunədi.
Tədbirdə Xətai Rayon Ağsaqallar Şurasınn sədri, şəhid atası Mürvət Əsgərov, müavini Nizami Hüseynov, qazi Vidadi Şabanov, Kərbalayi Ramil Əzimov, şairlərdən Zaməddin Ziyadoğlu, Şəlalə Niyazlı, Fərman Borçalı, Alim Aslanoğlu, Sumaya Yunusova, Yunis Qaraxanlı, ''Nənə qızlar'' folklor ansamblı, Azərbaycan nəşriyyatınn diretoru Sənan Aslansoy, Mirvarid Dilbazi Poeziya Dərnəyinin gənclər şöbəsinin rəhbəri Polad Ağa İbrahimov, 64 saylı məktəbin şagirdləri Zəhraxanım Əzimova və Mədinə Hüseynli çıxış ediblər.
Qazi, şair Nadir Həsənoğlunun valideynləri təsirli çıxışları ilə yadda qallb. Övladları ilə fəxr etdiklərini qeyd ediblər.
Sonda Güllü Eldar Tomarlı Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova və tədbir iştirskçılarına təşəkkürünü bildirib.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0