Hər ahın sirrini bir bülbül açır - İbrahim İlyaslının yeni şeirləri

Mar 23, 2026 - 19:47
 0  87
Hər ahın sirrini bir bülbül açır - İbrahim İlyaslının yeni şeirləri

Yazıçı Ədəbiyyat Portalı tanınmış şair İbrahim İlyaslının yeni şeirlərini təqdim edir.

BİR BAYRAQ YARADIB
GÖYLӘRӘ TAXIN!

Yox... Bu etirafı yaza bilmirәm,
Bununku qәlәmlik, kağızlıq deyil.
Sәssizcә göylәrә uçurtmaq olar, –
Bu qәm dillik deyil, ağızlıq deyil.


Bütün zamanlarmı belә olublar, –
Tarix kitabları gömülüb hara?
Bütün adamlarmı belә olublar, –
Hamı nәfsindәnmi çәkilib dara?

Bәşәr övladının istәyi nәdir, –
Nә deyib düşünür başlar kәsәndә?
Heçmi ürәyinin başı göynәmir
Arılar inciyib, quşlar küsәndә?!

Görәn hansı dinә qulluq edirlәr
Ölkәni ölkәylә vuruşduranlar? –
Qardaşı qardaşa düşmәn edәnlәr,
Qonşunu qonşuyla tutaşdıranlar!

Gözlәri acdımı, sәrfәsi toxmu,
Qarğa-quzğunların – leş yeyәnlәrin?
Üstündә әsdiyi balası yoxmu,
Bomba zavodunda işlәyәnlәrin?

Başını itirib din başçıları,
Mömin qiyafәli kafәr olublar.
Bütxanә, sinaqoq, mәscid, kilsәdә
Şeytan at oynadır, ya Әl-i-Qaffar!

Görüb böyüklәrin bәd әmәlini,
Dünyaya peşiman gәlir uşaqlar.
Bir yanda çöplüyә atılır çörәk,
Bir yanda acından ölür uşaqlar.

Çiçәyi burnunda ölәn oğullar
Görәn qurban gedir hansı niyyәtә?
Hamımı ağlını itirib, yoxsa –
Dur deyәn yoxdurmu bu zehniyyәtә?

Kürә şәklindәdir Yer dediklәri,
Birinә Şәrq olan birinә Qәrbdi.
Mәn sәni öldürüm, sәn mәni öldür...
Adını nә qoysan, hәrb elә hәrbdi.

İldә neçә yüz min qurban verilir
Zәlzәlә, yanğına, selә – azdımı?
Yәni bu dünyada sülh istәyәnlәr
Savaş deyәnlәrdәn belә azdımı?

Yetәr, kölә olduq cahangirlәrә,
Ey barış deyәnlәr, ayağa qalxın.
Bir göyәrçin şәkli çәkib üstünә,
Bir bayraq yaradıb göylәrә taxın!

EYLӘMӘZ

Nә gündәsәn, qafil könül, –
Bir ilin bir an eylәmәz.
İçindә ildırım sönәr,
Çölünә üsyan eylәmәz.

Dәrya saxlamaz gәmini,
Yel dağıdar yelkәnini.
Layiq olsan, öz qәmini
Dost sәndәn pünhan eylәmәz.

İbrahimlәr qalxar, çökәr, –
Haqq yolunda canlar sökәr.
İgid baş kәsәr, qan tökәr,
İgid nahaq qan eylәmәz.

NӘ DEYİRSӘN, LAVANDAM?

Sәnsiz necә qәribdir
Bilirsәnmi bu şәhәr?
Nә axşamı axşamdır,
Nә dә sәhәri sәhәr.

Sanki ağaclar ağac,
Adamlar adam deyil.
Küçәlәrdә at çapır
Külәklәr veyil-veyil.

Dәniz donub elә bil,
Ağuşunda balıqlar.
Buz heykәlә dönüblәr
Qağayılar, qayıqlar.

Mәni ovuda bilmir
Nә doğması, nә yadı.
“Sәnsizlik”di hәlә ki,
Bu şәhәrin bir adı.

Nә deyirsәn, lavandam,
Bәlkә durub gәlәsәn?!
Mәnә baxıb, darıxmaq
Necә olur, bilәsәn.

SEVӘRӘM

Bәzi şeylәr var, aşılmaz!

Hәlә tezdir, zaman gәlәr, bilәrsәn,
Bilәrsәn ki, mәn nәlәri sevәrәm!
Sәn deyәni yaranışdan bilәrәm,
Sәn duyanı Nuhdan bәri sevәrәm.

Nәdir belә yaxınlarda uzaqlar,
Nәdir bunca qadağalar, yasaqlar...
Nә yaxşı ki, yer üzündә Qazax var –
Sәnqarışıq o şәhәri sevәrәm!

Başlandımı, gözә nurdu, başa tac,
Sevda yolu – könüllәrә tutalğac.
Mәnlik deyil dәrә-tәpә, yal-yamac,
Mәn aşılmaz zirvәlәri sevәrәm!

LÜTFӘN...

Qeybdәn bir sözün qonub şeirimә,
Seçib ayırd elә, arala, lütfәn.
Hәr türlü qәmim var adına bağlı,
Yetiş, bu qәmlәri sırala, lütfәn.

Hәr közün odunu üstәn kül açır,
Hәr ahın sirrini bir bülbül açır...
Hardan yara vursan ordan gül açır,
Mәni dönә-dönә yarala, lütfәn.

Bu qara sevdada nәydi muradın? –
Qaldıq umuduna yağının, yadın...
Gözümün içinә yazılıb adın, –
Gәl öz әllәrinlә qarala, lütfәn.

Günәşin qüruba enәn çağıyam,
Hicran vadisiyәm, dәrd oylağıyam.
Bәhәri sovulmuş alma bağıyam,
Vәdәdi, gәz-dolaş, urala, lütfәn.

Sözdәn pay olmaz ki, dağlar gәlini,
Bәrkit yumruğunu, bәrk sıx әlini.
Qanıma qәltan et, al bәdәlini,
Arayıb-axtarma sonralar, lütfәn.

GET

Çoxdan bir qisasın qalıbdı mәndә,
Qiyamәt qopmamış heyfini al, get.
Alıcı tәrlantәk şığı üstümә,
Caynağı qanlı dön, sinәsi al get.

Sevgili qәnimim, nә yaxşı sağsan, –
Gözümdә bulaqsan, sinәmdә dağsan.
Onda da haqlıydın, indi dә haqsan,
Yoxdu bu cilvәdә sәnә zaval, get.

Çöhrәndә yazıydı, әtәyindә qış, –
Bu nә ah-nalәydi, bu nә yalvarış?!
Bir üzün qarğışdı, bir üzün alqış –
Sәni eşq odlasın, mәni mәlal, get.

Harda pәrvanә var, orda bir şam var,
Sirr varsa, dәrdinә әlac axşam var.
Sәndә ki bu hünәr, bu ehtişam var,
Qanım da halaldı sәnә, halal, get.

Quyu kәhrizindi, cığırlar izin,
Çeşmәlәr çayların, çaylar dәnizin...
Yenә mәğlub olum sәnә, әzizim,
Yenә qalib kimi yadımda qal, get.

AĞLAMA

Adam adamın yadına
Birdәn necә düşә bilәr! –
Birdәn günün günortası,
Birdәn gecә düşә bilәr.

Sıralanar xәyalında
İlk ilә son görüş günü.
Hansı hansından gözәlmiş, –
Düşünәr, tapmaz ölçünü.

Vә qәfil ayılar birdәn; –
Bu hardan gәldi ağlıma?!
Vә qeybdәn bir sәs gәlәr: –
Kiri, ay uşaq, ağlama!

BELӘ İŞLӘR...

Yurduna yağmur yağsın,
Ardınca da gün çıxsın.
Allah üzünә baxsın; –
Nә arzun var çin çıxsın.

Göy üzü güzgün olsun,
Çıx eyvana, güzgülәn.
Gözlәrinә yaxşı bax, –
Kim boylanır güzgüdәn?

Belә işlәr... Әzizim,
Payız ayrı matahdı.
Qapınızda xәzәlәm,
Mәndәn küsmәk günahdı.

"Azərbaycan" jurnalı, 2026/1

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 2
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0