“Harmoniya” sənədli filmi beynəlxalq festivalda nümayiş olunacaq

Avq 22, 2026 - 20:02
 0  8
“Harmoniya” sənədli filmi beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında əsrlər boyu formalaşmış birgəyaşayış və qarşılıqlı hörmət mühitini, tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” qısametrajlı sənədli filmi beynəlxalq festivallarda və kino platformalarında uğurla təqdim olunur.

Yazici.az xəbər verir ki, film 29-cu “Religion Today” Film Festivalının rəsmi seçiminə daxil edilib. “Harmoniya”nın Avropa premyerası 20 sentyabr 2026-cı ildə İtaliyanın Trento şəhərində keçiriləcək.

Filmin beynəlxalq uğurları bununla da məhdudlaşmır. “Harmoniya” “Hollywood ShortsFest” tərəfindən “Honorable Mention” mükafatına layiq görülüb və festivalın 22–25 oktyabr 2026-cı il tarixlərində keçiriləcək virtual proqramı çərçivəsində nümayiş olunacaq.

Bu uğurlar “Harmoniya”nın beynəlxalq festival yolunda mühüm addım olmaqla yanaşı, Azərbaycanın multikultural dəyərlərinin daha geniş beynəlxalq auditoriyaya çatdırılması üçün yeni imkanlar yaradır.

Qeyd edək ki, “Harmoniya” sənədli filmi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsidir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru