Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi

Sen 11, 2026 - 14:19
 0  6
Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədr seçilib.

Yazici.az xəbər verir ki, yeni sədr postu Xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilib.

Qeyd edək ki, səsvermə bu gün Nizami Kino Mərkəzində keçirilən konfransda baş tutub.

Xatırladaq ki, AKİ-nin əvvəlki sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat etdikdən sonra sədr vəzifəsinin icrası Şəfiqə Məmmədovaya həvalə olunmuşdu. Qurumun katibi Əli İsa Cabbarovun da namizədliyi irəli sürülsə də, o, ötən ay namizədliyini geri götürdüyünü və vəzifəsindən ayrılmaq üçün ərizə təqdim etdiyini açıqlamışdı.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru