Oqtay Rza - ŞEİR adam

Avq 17, 2026 - 10:49
 0  5
Oqtay Rza - ŞEİR adam

1934-cü il 2 noyabrda Salyanda bu dünyaya  gəldi.

2019-cu il 18 avqustda Bakıda bu dünyadan getdi…

Onu çox sevirdim. Çoxdan tanıyırdım. Anam­­la eyni universitetdə işləyirdi. Ayrı – ayrı fakültələrdə çalışsalar da dost idilər. Anam fizik olsa da, ədəbiyyatın – poeziyanın vur­ğunu idi. Anamın ilk nəvəsinə- Ayselə şeir də yazmışdı. Sonralar Ayselin (Aysel Əli­zadə) AYB - də ke­çirilən ilk kitab təq­dimatında şeiri böyük sevgiylə söylədi. Se­vinirdi ürəkdən. Çox adama şeir həsr edib. Çoxlarının müəllimi olub. Tələbələrini də sevib,müəllimliyi də. Çünki sevgi doluydu, çox saf idi. Şeir kimi insanları da sevirdi. Şeir­lərinin çoxunu əzbər bilirdi. O qədər sev­gi doluydu ki, insanları o qədər sevirdi ki, onların pis tərəflərini görmürdü. Hamıda yaxşı nəsə tapırdı. Onunla tədbirlərdə gö­rüşürdük.

Hər görüşəndə hansı mis­ramısa əz­bər deyirdi. Ən çox dediyi “Azər­bay­can” şeiri­mdən “bu nəğməyə həsrət do­da­ğam”, “tor­pağını geyinərəm əynimə”idi. Nə yax­şı ki, ona həmişə sevgi göstərmişəm. Arada AYB –nin “Natəvan” klubunda keçirilən təd­birlər­də olu­ram. Oqtay müəllim tez – tez gəlirdi bu təd­birlərə. Təbii idi. Təqaüddə idi. Yaradıcı idi. Da­rı­xırdı…

Hiss edirdin ki, söz de­mək istəyir. Bəzən söz vermirdilər. Ürə­yim sıxılırdı. Ərkim çatan olan­da “söz verin” deyirdim. Bəzən təklif – filan göz­ləmədən da­nışırdı. Bütün qarmaqarışıq insan­ların ara­sında saf idi, təmiz idi, özü idi. Mən də bir az vəzifəsi, pulu, adı - filan olanlara, ki­mi­n­sə qohumuna, daha çox “əyilə bilən”ə şəx­siy­­yətin­dən, yaradıcılığından asılı ol­madan həmişə söz verildiyini hiss etmişəm. 

Bir də görürsən elə ada­ma söz verirlər ki, müəllif qalır bir tərəfə özün­dən danışır, ya mənasız bir şeir oxuyur. Ona görə də təd­birlərdə iştirak etməyə can at­mıram. Yalnız şəx­sən dəvət olunanda, dəyər ver­diyim, belə hiss­lərdən uzaq olduqlarını düşündüklərimin tədbirlərinə ge­dirəm.Yanıldığını anlamaq da bir ayrı dərddir. Osa elə bil bunların fərqində deyildi. Ya da öz mənəviyyatıyla çoxlarından üs­tün oldu­ğuna əmin idi, arxayın idi.

Yəqin be­ləydi. Mən bu yazını yazanda AYB-də təqdimat keçir­mə­miş­dim. Hər dəfə “Təd­bir elə. Sənin haqqında da­nışmaq lazımdır” de­yirdi. Mən də söz verir­dim. Onda sadəcə gülüm­səyirdim. İndi anla­yıram ki, o hamını tanı­yırdı, fərqi bilirdi, sadəcə hərəni öz ixtiyarına burax­mışdı. Çün­ki onun böyük ürəyində belə kiçik­liyə yer yox­ idi. “Sinəmdə sönməyən vətən sev­gi­si”­y­lə yaşayan İnsan! Ruhun, sözün, söh­bə­tin həmişə yaşayacaq.

 

ŞEİR ADAM


Şeir adam, bilirdinmi xoşbəxtsən?
Hər gülün, hər yarpağın, göylərin, bu torpağın,
bütün duyduqlarının, bütün gördüklərinin, 
bütün sevdiklərinin şeiri vardı qəlbində. 
Şeri vardı dilində. 
Şeir kimi gəzərdin özün də ürəklərdə.
bilirsənmi, xoşbəxtsən?

Bilirsənmi yerişin də şeir oldu,
baxışın , gülüşün də şeir oldu.
Bilmirəm kim dedi ki,

Oqtay Rza da öldü… 
Şeir adam, indi yəqin deyərdin

“ şeir heç ölərmi ki?”
 Haqlısan, şeir heç ölərmi ki?
Sinəndə ürək deyil,

şeir daşıyırdın sən. 

Bilirsənmi, xoşbəxtsən!
Bilirsənmi ki, varsan!
Şeir adam, şeir-şeir
ürəklərdə yaşarsan.

 

Yazı 19 avqust 2019-cu ildə yazılıb.

Kamalə Abiyeva

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru