Sözə qol qoyanın başı girovdur - Mehman Qaraxanoğlu

Avq 17, 2026 - 12:14
Avq 17, 2026 - 12:27
 0  21
Sözə qol qoyanın başı girovdur - Mehman Qaraxanoğlu

Yazici.az ədəbiyyat portalı şair Şahverən Cavadın yaradıcılığı haqqında Mehman Qaraxanoğlunun yazısını təqdim edir.

Də­niz kə­na­rın­da əziz dost­la­rım­la – Aqil Ya­qub və Şah­ve­rən Ca­vad­la iç­di­yim pür­rən­gi çay­la öz­lə­ri­ni qa­ra­nə­fəs sa­hi­lə çat­dı­rıb “itən” dal­ğa­lar ara­sın­da nə­sə mis­tik bir əla­qə­nin ol­ma­sı­na şəkk-şüb­həm yox­dur. Am­ma o əla­qə­nin adı­nı hə­lə özüm­çün tam mü­əy­yən edə bil­mi­rəm. Bəl­kə, bu da fa­ni­li­yin bi­zə mə­lum ol­ma­yan baş­qa bir adı­dı­r?

Bə­li, məhz fa­ni­li­yin...

Za­tən, be­lə hal­da ar­mu­du stə­ka­nın “in­cə be­li”nə əli­mi­zin ra­hat “qon­ma­sı” üçün çə­ki­lən di­zay­ner zəh­mə­ti­nə bir tə­bəs­süm gös­tə­rib keç­mək də olar, am­ma və la­kin... içə­ri­sin­də­ki ma­ye­nin (Ona in­di ya­şam ik­si­ri de­yək) təd­ri­cən qur­tum-qur­tum içi­lib tü­kə­ni­şi də uzun-uzun yol­lar gə­lib, sa­hil­də “itən” o za­val­lı dal­ğa­la­rın aqi­bə­ti­nə bən­­zə­­mir­­mi­­?!

Və be­lə­cə, dün­ya­nın iş­və­kar və “in­cə be­li”n­də bir əli­miz, di­gər əli­miz­də isə ba­şı­mı­za çə­kib qur­tum­la­dı­ğı­mız ömür do­lu ca­mı­mız... Nə dün­ya­dan əli­mi­zi üzür, nə də o ca­mı əli­miz­dən qo­yu­ruq. Am­ma qə­fil­dən ca­nı­mı­zın üşən­di­yi və sək­sən­di­yi çağ­lar olur. Be­lə çağ­lar­dan bi­ri­nin emo­sio­nal rəs­mi­ni  us­tad Aqil Ya­qu­bun bu cüm­lə­si cız­dı: “Şah­ve­rə­nin 65-inə də az qa­lıb.”

Əməl­li-baş­lı heyrətləndim. Əgər göz­lə­nil­mə­dən kim­sə öz do­ğum gü­nü­mü mə­nə xa­tır­lat­say­dı, yə­qin ki, bu qə­dər hey­rət­lən­məz­dim.

Niyə?

Çün­ki dost­la­rı­mı­zın do­ğum gü­nü ay­na­sı­na həm də bi­zim əks­lə­ri­miz dü­şür. Əgər o dost­lu­ğun ta­rix­çə­si or­ta mək­təb par­ta­sın­dan, bir ev­dən, bir ocaq­dan, bir çö­rək tək­nə­sin­dən baş­la­nır­sa, xoş o dost­la­rın ha­lı­na. Bu­ra­da bir nü­ans da diq­qət­çə­ki­ci­dir; əgər o dost­lar gə­lə­cə­yin ya­ra­dı­cı şəxs­lə­ri­dir­sə və onları ədəbiyyatın sirli-sehrli aləminə eyni bir müəllim – ustad Allahverdi müəllim salıbsa, həm də onlar bir məh­lə­də bö­yü­yüb­lər­sə, beş­qat xoş on­la­rın ha­lı­na. Gö­rün­dü­yü ki­mi, bütün bunların fonunda si­tua­si­ya­nın əs­ra­rən­giz­li­yi da­xi­lim­də bir aram­lıq, bir xa­tir­cəm­lik ya­rat­ma­lıy­dı.

Am­ma...

Və əgər bu “əm­ma” ka­ru­se­lin­də sə­nin av­to­port­re­tin­dən han­sı ciz­gi­lər­sə ya­nıb sö­nüb­ bərq vurursa, on­da heyrətlənməyə məh­kum­san:

Ata hə­yə­ti­mın al­ma­la­rı tək,

Də­yib, xa­ti­rə­lər bal­la­şıb, nə­di­r?

Ca­vad məh­lə­sin­dən ça­ya ge­dən­də,

Kim­sə­siz evi­mə bir sa­lam ye­tir.

         Bu mis­ra­lar Şa­hve­rən Ca­va­dın “Bir sa­lam ye­tir” şei­rin­dən­dir. Mə­nə həsr olu­nub. 2021-ci il­də nəşr olu­nan ye­ni ki­ta­bı­nın adı da bu şe­ir­dən gö­tü­rü­lüb. Ki­ta­ba pro­fes­sor Mə­hər­rəm Qa­sım­lı “Öz-özü­nə mək­tub ya­zan şa­ir” ad­lı mü­kəm­məl bir ön­söz də ya­zıb. “Ab­zas­la­rın fəl­sə­fə­si və ya dün­ya, şa­ir­lə­ri söz­lə al­da­dır” son­sö­zü də qə­lə­mim­dən çı­xıb.

Bun­lar öz ye­rin­də...

“Bir sa­lam ye­tir” şei­ri te­lin­dən-bar­maq­la­rı­nın ucu­na qə­dər (me­ta­for si­zə qə­ri­bə gö­rün­mə­sin, şe­ir in­san ki­mi­dir, bü­tün əza­la­rı ye­rin­də olan fi­zik­səl və ruh­sal bir in­san) nos­tal­ji his­slə­rin ob­raz­laş­ma­sı pro­se­si­ni şə­kil­lən­di­rir:

Fik­ri­ni ti­lov tək ça­ya atır­san,

Bir dün­ya xa­ti­rən su­ya da­ğı­lır.

Dü­şər ti­lo­vu­na olub  ke­çən­lər,

Ba­lıq əvə­zi­nə ba­lıq na­ğı­lı...

Əziz dost, o na­ğıl­lar­dan bi­ri­ni də vax­ti­lə mən qə­lə­mə al­mış­dım:

“Za­man-za­man qur­ğu­şun ki­mi ya­za­rın içi­nə çö­kən ağır­­­lıq­lar gün­­lə­rin bir gü­nü bənd-bə­rə­ni da­ğı­dıb zü­hur et­­mə­­liy­di. Uşaq­lıq­da na­­dir hal­lar­da se­vi­nə­cə­yim nəs­­nə­­lər­­dən bi­ri də kən­di­mi­zin içə­­ri­­sin­­dən ke­çib də­ni­zə tə­lə­sən dağ ça­yı­na sel-su­yun gəl­mə­si olar­dı. Dost­­la­­rım­la kənd bo­yu qa­çı­şa-qa­çı­şa bu ola­yı ta­nış-bi­liş­lə­ri­mə atüs­tü ye­­tir­­mə­­yə can atar­dıq. Bu da­ha çox yaz və qı­şın əv­vəl­lə­ri­nə dü­­şər­di. Be­­lə mə­lum olar­dı ki, bar­maq­la sa­yı­la­sı xoş­­bəxt­­lik­­lə­ri­min iki və ya üçü­­nün ta­rix­çə­si, həm də mə­ka­nı irə­­li­­cə­­dən bi­li­nər­di. Kim­sə sə­­bir­­siz­­lik edib so­ru­şa bi­lər ki, xoş­­bəxt­li­yin sel-suy­la nə iliş­ki­si ola bi­lə­r?

Ən azın­dan, ba­lıq möv­sü­mü baş­lar­dı.

Və bir az əv­vəl qup­qu­ru ta­xa­ca dö­nən ça­yın göz­lə­nil­mə­dən dop­­do­lu qa­dın­lar ki­mi yan­ça­la­rı­nı əs­di­rə-əs­di­rə nə­həng Təpəgözə - Xə­­zə­­rə ca­na­tı­mı qə­ri­bə hiss­lər oya­dar­dı adam­da. Qa­dın hikkəsi bu­­ra­­da da öz işi­ni gö­rər­di – yar­ğan­lar­dan nə­sə qo­par­ma­yın­ca, əl çək­­məz­­di...

De­yə­sən, “İl­ham pə­ri­si” de­yi­lən nəs­nə elə buy­muş...”

Ka­lip­so ila­hə­si­nin Odis­se­yə elə­di­yi tək­lif o qə­dər şir­nik­di­ri­ci­dir ki, on­dan vaz ke­çən­lə­ri ilk ba­xış­dan əb­ləh ad­lan­dır­maq olar. Tro­ya mü­ha­ri­bə­sin­dən öz evi­nə qa­yıt­ma­ğa can atan, la­kin ba­şı­na min cür mə­şəq­qət gə­lib lən­gi­yən Odis­se­yə İla­hə sa­də bir tək­lif edir: “Mə­nim­lə qal və əbə­di­ləş.”

Odis­se­yin ca­va­bı dün­ya­nın bü­tün mi­fik qəh­rə­man­la­rı­nı hey­rət­lən­di­rə bi­lər: “-Yox...”

                              Lay­lam­la qa­nı­ma ho­pub o işıq,

Mə­ni o yer­lə­rin işı­ğı çək­di.

Bəl­kə, bir quş olub uça bi­lər­dim,

Mə­ni yurd sev­gi­si tor­pa­ğa çək­di.

         Oxu­cu su­al ve­rə bi­lər ki, Odis­se­yin “Yox”u ilə Şah­ve­rən Ca­va­dın bu mis­ra­la­rı ara­sın­da nə ki­mi əla­qə ola bi­lə­r? Ca­vab çox sa­də­dir: Uni­ver­sal ide­ya­la­rı şüa­lan­dı­ran bu şe­ir par­ça­sı Odis­se­yin “Yox!”u qə­dər çox­qat­lı və çox­mə­na­lı­dır; mi­fo­lo­ji qəh­rə­man gec-tez öz İta­ka­sı­na qa­yıt­ma­lı­dır! Şah­ve­rə­nin də İta­ka­sı Ca­vad məh­lə­sin­dən baş­la­nıb bü­töv Azər­bay­ca­nı sər­həd­siz­ləş­di­rir.

Bə­dii ədə­biy­ya­ta yüz­lər­lə rəng­li tə­rif­lər ver­sə­lər də, o özü­nün il­kin klas­sik an­la­mın­dan – hə­ya­tı ob­raz­lı şə­kil­də təs­vir et­mək tə­yi­na­tın­dan bir mil­li­metr də ara­lan­mır. Sə­nət adam­la­rı­nı di­gər in­san­lar­dan fərq­lən­di­rən baş­lı­ca key­fiy­yət də elə bu­dur. Mə­sə­lə bu­ra­sın­da­dır ki, ça­ğı­mız­da sö­zü­ge­dən ele­men­tar ədə­bi hə­qi­qət də bəzən unu­du­lur.

Bu­gün so­si­al şə­bə­kə­lər­də pay­la­şı­lan çox say­da şe­ir­lər toy es­te­ti­ka­sın­dan o tə­rə­fə keç­mir, ona­la­ra ya­zı­lan rəy­lər də “mən bə­yən­dim, sən də bə­yən” fəl­sə­fə­si və anor­mal ta­ma­da tə­fək­kü­rü­nün əda­la­rın­dan baş­qa bir şey de­yil­dir. Bu­nun üs­tün­dən sü­kut­la keç­mək də olar­dı. Am­ma o tə­mən­na­lı rəy­lə­ri şəx­si xur­cu­nu­na yı­ğa-yı­ğa təd­ri­cən özü haq­da ye­kə-ye­kə dü­şü­nən “şa­ir­lər”i gör­dük­də bu ten­den­si­ya­nın nə qə­dər təh­lü­kə­li ol­du­ğu­nun fər­qi­nə va­rır­san.

Əgər bu acı mən­zə­rə­ni iki­cə söz­lə ifa­də et­sək, be­lə ola­caq:

Əx­la­qın və mə­də­niy­yə­tin er­ro­zi­ya­sı...

Məhz be­lə me­lan­xo­lik və nev­ro­tik si­tua­si­ya­da Şah­ve­rən Ca­va­dın du­rub heç nə ol­ma­mış ki­mi əsl is­te­dad məh­su­lu olan şe­ir­lə­ri­ni pay­laş­ma­sı, açı­ğı, özü­mə də qə­ri­bə gə­lib, elə bil ki, baş ve­rən­lə­rin bu ada­ma heç dəx­li yox­dur. “İzm”lər – mo­der­nizm, post­mo­der­nizm, klas­si­zim, ro­man­tizm, na­tu­ra­lizm, sür­rea­lizm və di­gər ədə­bi cə­rə­yan­lar Şah­ve­rə­nin bö­yür-ba­şın­dan ötüb ke­çir, am­ma o öz işin­də­dir:

            

Bəl­kə, Yer əzəl­dən kü­rə de­yil­di,

Tan­rı­ya səc­də­dən əyil­di be­li...

Və ya:

Bu qı­zıl pa­yı­zın qı­zıl aça­rı

Ömür qı­fı­lı­ma heç dü­şən de­yil.

         Ağ­lım kə­sən­dən ədə­biy­ya­tın in­sa­nı xoş­bəxt edə­cə­yi­nə inan­ma­mı­şam və bu ya­zı­nı yaz­dı­ğım də­qi­qə­lər­də də inan­mı­ram. Çün­ki ədə­biy­yat hə­yat­la nə­fəs alır, hə­ya­tı­mız isə bi­zə yax­şı heç nə vəd elə­mir.

Bəs in­san ni­yə ya­zı­r? Konk­ret ola­raq Şah­ve­rən Ca­vad ni­yə ya­zı­r?! Dün­ya şöh­rət­li Tar­kovs­ki de­yir­di ki, in­cə­sə­nə­tin baş­lı­ca məq­sə­di in­sa­nı ölü­mə ha­zır­la­maq­dır. Dü­şü­nü­rəm ki, in­san mü­qəd­dəs ri­tu­al­la­ra ne­cə ha­zır­la­şır­sa, ölü­mə də o cür ha­zır­laş­ma­lı­dır. Və bu ha­zır­lıq həm də əbə­diy­yə­tə ha­zır­lıq ki­mi­dir...

Şah­ve­rən Ca­vad öz şəx­si hə­ya­tın­da çox şey­lər gö­rüb; ay­rı­lıq, həs­rət, xə­ya­nət, ağ­rı, ağır xəstəloılər, hətta ölüm və s. Qa­lır bun­la­rı sim­vol­lar­la – ya­zı işa­rə­lə­ri ilə mət­nə çe­vir­mək. Bu­nu da us­ta­lıq­la ba­ca­rır, çün­ki o, “sö­zə qol qo­ya­nın ba­şı­nın da gi­rov­da ol­du­ğu­nu” il­lər ön­cə­si dərk edib:

                                      Söz kön­lü­mə qan ve­rir,

Söz ca­nı­ma can ve­rir,

Söz - ru­hu­mun dan ye­ri...

Əsl söz adam­la­rı­nın ya­şı rə­qəm­lər­lə öl­çül­məz, ru­hu­nun dan yer­lə­ri ilə - söz­lər­lə öl­çü­lər.

Ru­hu­nun dan ye­ri mü­ba­rək, əziz dost!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru