“Regionlarda peşəkar teatr dərsləri” - Yeni layihə

İyl 13, 2026 - 14:59
 0  13
“Regionlarda peşəkar teatr dərsləri” - Yeni layihə

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir.

MEMİM-dən YAZİCİ.AZ-a bildirilib ki, layihə çərçivəsində iyulun 15-də Qusar Dövlət Ləzgi Dram Teatrında “Danışan bədən: bədənin ideya və sözlə sinxronlaşdırılması” mövzusunda ustad dərsi təşkil olunacaq.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçiriləcək ustad dərsi aktyor, rejissor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılacaq.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayından həyata keçirilən layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, regionlarda aktiv yaradıcı mühitin formalaşdırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması məqsədi daşıyır.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0