Sirli səhifələr - Nurtac Qaffarova

Apr 14, 2026 - 15:27
Apr 14, 2026 - 15:27
 0  26
Sirli səhifələr - Nurtac Qaffarova

Yazıçı Ədəbiyyat Portalı Şəki şəhər 17 saylı məktəbin 6a sinif şagirdi Nurtac Qaffarovanın "Sirli səhifələr" yazısını təqdim edir.

               (Kitabın  içində  gizlənən sehrli  sirlər)                     

“Bəzən  ən böyük  sirlər  ən sakit baxışların arxasında gözlənir”

GİZLİ   KİTAB

 

Bu gün günlərdən çərşənbə axşamı idi. Yatağımda uzanırdım. Birdən anam içəri daxil oldu. Mən tez gözümü qırpdım, anam məni öpüb durğuzdu. Durub  əl-üzümü yudum. Sonra isə yemək yeməyə getdim. Əyləşib yeməyimi yedikdən sonra dəhlizə doğru gedib ayaqqabımı  geyinərkən anam mənə səsləndi:

- Qızım, saat  3-də evdə ol, nigaran qoyma məni.

Mən  - yaxşı ana deyib,  anamı öpüb, məktəbə tərəf yollandım. Yolda gedərkən bu gün gələcək olan kitab haqqında düşünürdüm. Fikirləşə-fikirləşə məktəbə çatdım. İçəri girəndə hamını qapıda gördüm – kitabxananın qabağında düzülmüşdülər. Onlar öz aralarında danışırdılar, mən isə sakitcə kitabxananın qaranlıq bir küncündə dayanıb qulaq asırdım. Söhbətlərindən başa düşdüm ki, həmin “gizli kitab” illərdir kimsənin tapa bilmədiyi bir yerdə gizlədilib. Onu tapan adam bütün sirlərə  sahib olacaqmış.

Birdən qapının cırıltısı eşidildi. Bu, Rayə müəllim idi. O dedi ki, kitab köhnə olduğu üçün kimsə almayacaq.  Rayə müəllim  çölə çıxdı. Mən tez içəri girdim. Kitabxananın arxa tərəfindən bir səs gəldi. Mən yavaş-yavaş  ora tərəf addımladım. Arxa rəfdə tozlanmış bir kitab gördüm. Bu kitab elə bil pıçıldayırdı. Mən kitabdan işıq sızdığını gördüm. İşıq getdikcə güclənirdi. Əlimi yavaşca kitabın üzərinə qoyanda səhifələr öz-özünə açıldı.  İçərisində parlayan bir xəritə var idi və xəritənin ortasında qızılı  rəngli bir işarə yanıb sönürdü. O işarə birdən-birə titrəməyə başladı. Xəritədən yumşaq, amma qəribə bir səs eşidildi.

- Məni tap.... vaxt bitmədən .....   

Bu sözləri eşidən kimi ürəyim sürətlə döyünməyə başladı. Otaqdakı hər şey yox oldu, yalnız işığın içində  üzürdüm.  Birdən gözlərimi açanda özümü sürli, dumanlı bir meşədə gördüm. Ağacların  yarpağı qızılı rəngdə idi və havada kiçik  ulduzlar uçuşurdu. Meşədə addım atdığımda arxadan xışıltı eşitdim.  Ürəyim ağzıma gəldi.  Yavaşca  çevrildim, qarşımda balaca, amma gözləri ay kimi parıldayan bir tülkü gördüm. Onun boynunda köhnə bir qızıl açar asılmışdı. Tülkü sakitcə mənə yaxınlaşdı və dedi:

- Bu açar sənin axtardığını tapmağa kömək edəcək. Amma öncə sınaqdan  keçməlisən.  Tülkü quyruğunu yelləyib məni meşənin dərinliyinə apardı. Bir az getdikdən sonra qarşımıza iri daş qapı çıxdı. Qapının üzərində 3 simvol parıldayırdı. Günəş, ay və ulduz.

Tülkü dedi:

- Bu qapı yalnız düzgün ardıcıllığı seçəndə açılacaqdır. Amma ehtiyatlı ol! Səhv seçsən səni geri qaytarmaz.

Mən əlimdəki xəritəyə baxdım, oradan ardıcıllığı anlayıb simvolları düzdüm. Xəritədə belə bir məntiq var. Səhər və axşam. Bunlara əsasən düzdüm və qapıdakı qrımızı işarə yaşıla döndü. Qapıdan səs gəldi. Qapı dedi:

- Afərin sənə, uşaq! Ardıcıllığı tamamladın, indi isə sən artıq bu kitabın sirrini tapmalısan deyib, qapını açdı. Mən içəri girdim.  İçəri elə bil başqa dünyaya keçid etmişdi. Bura o qədər qəşəng idi  ki, hər bir ağacda konfet, şəkər, dondurma kimi dadlı şeylər yetişmişdi. Elə bil röyada idim. Burda hər şey möcüzəli idi. Mən isə artıq kitabın sirrini tapmalı idim. Bir yandan da anamı düşünürdüm.

Biz az gəzdikdən sonra anladım ki,  heyvanlar mənə işarət və ipucu verir. Mən də artıq onlara qulaq asdım. Sonra bir quş mənim yanıma gəldi və mənə elə baxırdı  ki, sanki “məni izlə” deyirdi. Mən onun arxasınca getdim. Hər yer o qədər möcüzəvi idi, amma kitaba dair heç bir iz yox idi. Bir az gəzdikdən sonra çox yoruldum.  Bir az sonra quş mənə bir yol göstərdi. Çox yorulsam da quşun arxasınca getdim. Addımladıqca  ətrafda işıqlar yanmağa başladı. Sanki addım atdığında yeni sirlər açılırdı. Birdən qarşıma böyük bir qapı çıxdı. Qapının üstündə işıqlı hərflərlə yazılmışdı: “Sirrini tapmaq istəyirsənsə, qorxunu geridə qoy!”.

Bir anlıq tərəddüd içində qaldım. İçimdə həm qorxu, həm də maraq hissi var idi. Qapıya yaxınlaşanda quş qanadını çırpır  və sanki mənə “davam et” demək  istəyirdi. Mən isə dərin bir nəfəs alıb qapını itələdim. Qapı açılan kimi qarşıma  böyük bir bağ çıxdı. Mən  başa düşdüm ki,  bu bağda kitabın sirri gizlənib. Birdən bağın ortasında işıqlı bir masa gördüm. Masanın üstündə  köhnə, amma parıldayan bir açar var idi. Mən yavaş-yavaş açara yaxınlaşanda quş bərkdən cikkildədi. Sanki açarı götürməyimi istəyirdi. Mən əlimi uzadıb açarı götürdüyüm an bütün bağ silkələndi. Bir anda səs gəldi.

- Bu açar sənə kitabın ən böyük sirrini açacaq. Amma sən ehtiyatlı ol! Çünki bu kitab sadəcə oxumaq üçün deyil, o, sahibini seçir. Əgər səhv etsən, sirlər sənə qarşı dönəcək. Amma cəsarətli olsan, heç kimin bilmədiyi  gizlilər sənin olacaq.

Açar titrədi. Kitabın qapağı arasında gizlənən sətirlər görünməyə başladı.  “Bu sirləri  oxuyan ya qəhrəman olacaq, ya da əbədi kitabın içində qalacaq. Mən bir anlıq tərəddüd etdim. Amma içində hiss etdiyim qəribə bir güc var idi.  Sanki kitab məni çağırdı. Kitab tez-tez yanıb sönürdü. Mən qorxu, maraq və tərəddüd içində qalmışdım.  Quş isə ətrafımda fırlanırdı.

 Açarın işığı bir anda yox oldu.  O an otağa qəribə bir səssizlik çökdü. Sanki nəfəs almaq belə çətinləşirdi. Kitabın səhifələrində fərqli, qəribə işarələr peyda oldu.  Mən onlardan heç birini anlamırdım. Amma gözümü də çəkə bilmirdim.  Birdən kitabdan səs eşidildi. “Doğru yoldasan, amma sənin sınağın indi başlayır”. Əlim titrəyirdi. Sanki kitab mənim qorxduğumu hiss edirdi. Hərflər yavaş-yavaş işığa çevrilib otağın divarlarında yazıldı. Mən donub qalmışdım. Bu sirli sözlər sanki gələcəyimə açılan bir qapı idi.

Bir az düşündükdən sonra belə fikirləşdim. Belə bir kitab niyə sadəcə mənim gələcəyimlə bağlı olsun?  Axı günümüzdə  belə bir icad yoxdu. Çox fikirləşdim, sonra yenə yola davam etdim. Hər gördüyüm şey məni daha da təəccübləndirirdi. Mən artıq ümidimi  itirmişdim. Çünki kitaba aid heç nə yox idi.

Bir az sonra axşam oldu və mən həm də çox acmışdım. Ətrafda yemək axtarmağa başladım. Bir az  gəzib sadəcə moruq tapdım. Çox doymasam da yedim, sonra yenidən  gəzməyə başladım.  Quş isə mənim yanımdan ayrılmırdı. Birdən qarşıma böyük bir saray çıxdı. Bu saray par-par parıldayırdı. Quşun cikkiltisi hər yeri bürüdü. Mən isə başa düşdüm ki, quş mənim bura girməyimi istəyir. Mən də qapını açıb içəri girdim. Burada çoxlu güllər və ağaclar var idi. Bunları  kim isə yetişdirib.  Amma ətrafda  heç kim yox idi. Çox qəribə idi. Yavaş-yavaş  güllərin arası ilə saraya doğru addımlayırdım. Birdən qarnımdan bir gurultu gəldi.  Acmışdım. Amma içəri girdim. İçəridə stolun üstü gözəl və isti yeməklərlə dolu idi. Çox qəşəng qoxu gəlirdi. Özümü güclə saxlayırdım. Bir an masaya tərəf getməyə başladım. Sonra birdən dayandım. Axı burada heç kim  yox idi. Bu yeməkləri kim hazırlayıb? Bu yeməkləri icazəsiz yeyə bilərəm? Səslənim, bəlkə biri çıxar.

-Evdə kimsə varmı?

Bayırdan bir səs gəldi. Çölə çıxdım, bu  bir qadın idi.

- Ay balam, orada heç kim yaşamır, yəqin səhv gəlmisən. 

- Ay xala, axı burdakı masada dadlı yeməklər var. Burada heç kim yaşamırsa, bu yeməkləri kim hazırlayıb? 

Qadın sualımı eşidəndən sonra evə girdi. Mən fikrə getdim. Görəsən  o qadın niyə elə deyirdi? Stolun üstündə yeməklər  var, bəs onları kim bişirib? Quş cikkildəməyə başladı. Sanki yenə içəri girməyimi istəyirdi. İçəri girdim. O qədər ac idim ki, artıq yemək istəyirdim. Yenə evin sahibinə səsləndim. Cavab gəlmirdi. Öz-özümə düşündüm. Bir az yemək yeyim, sonra kitabın sirrini taparam. Masaya əyləşdim. Doyunca yemək yedim. Yenə də ev sahibinə səsləndim ki, bir az sonra səs gəldi. Mən səsə tərəf getməyə başladım. Burada çoxlu otaqlar var idi. Səs soldakı qapıdan gəlirdi. Mən oraya tərəf yönəldim.  Otağa girdim, sanki bir göz qırpımında o  gözəl mənzərədən  əsər qalmamışdı. Köhnə bir otaqda idim. Burada çoxlu rəflər var idi və bir stolun üstündə köhnə, amma parlaq bir açar var idi.  Birdən otaqdan səs gəldi.

- Balaca, vaxtın çox az qalıb, sirri tapmalısan dedi və səs kəsildi. Mən rəflərə baxarkən əlim bir kitaba dəydi. Birdən rəflər açıldı, mən bir an qorxdum. İçəri addım atdım. Bu otaqda sadəcə bir masa vardı.  Masanın üstündəki kitabın üzərində isə “Gələcəyə gedən yol” sözləri yazılmışdı. Bu kitab gələcəklə bağlı idi. Amma kimin gələcəyi .... Kitabı açmaq istəyirdim. Amma əgər başqasının gələcəyi ilə bağlıdırsa .... Başqasının gələcəyi ilə oynaya bilərdim. Bir az fikirləşib kitabı açmağa qərar verdim və açdım.  Açan kimi qarşımda süni intellekt dayandı və  mənə “kitabı oxu, sirrini tap” dedi. Bunu dedikdən sonra  o, bir anda kitabın içinə geri döndü. Sanki neçə günlərdi kitabın içinə belə bir yol var idi.

 

 

Kitabı açıb süni intekllekti gördüm. Mən yerimdəcə donub qalmışdım. Kitabı oxumağa başlayarkən kitab və rəflər geri getdi. Mən yaxınlaşdıqca onlar geri gedirdi. Sanki onların sirrini tapmalı idim.  Rəflərə yaxınlaşarkən  3 simvol gördüm. Bunlar  kitabların mövzusu ilə bağlı idi.

Yaşıl – heyvanlarla bağlı idi və qarşısında  3 yazılmışdı.

Qırmızı – təbiətlə bağlı idi, qarşısında  3 yazılmışdı.

Göy – insan və cəmiyyətlə bağlı idi, onun da qarşısında  3 yazılmışdı.

Belə başa düşdüm ki, bunlar neçə ədəddirsə, o qədər də o simvolla kitab tapmalıyam.  3 qırmızı, 3 göy, 3 yaşıl. Simvollu kitabları tapdım və oxudum. Oradakı qız mən idim. Bəli, deməli, o sehrli, gizli kitab mənim gələcəyimlə bağlı idi.  Oxuyub son cümləsinə çatarkən bir güc məni kitaba çağırırdı. O gündən sonra kitabın içində qaldım.

                                          SÜKUTUN   SİRRİ        

 

Bəzən susmaq qorxu deyil, müdafiədir. Bəzən sükut ən dərin etirafdır. Detektiv isə bunu anlamalıdır. Sözlərə deyil, baxışlara inanmalıdır. 

Yağış Bakının daş küçələrini yuyurdu. Polis lentlərinin o biri tərəfinə yalnız o keçməyə cəsarət etdi.  Nurtac Qaffarova cəsədin yanına əyildi və dedi:

- Kim deyirsə  bu intihardır, səhv edir.    

Elçin gülümsədi.

- Nurtac, sən həmişə fərqli fikirləşirsən, amma bu dəfə sadəcə qurbanın bəxti pis olub.

Nurtac başını qaldırdı. Bir anlıq baxışları onun üzünə dikildi. O baxışlarda bir soyuqluq var idi. O sanki bir baxışla hamının səsini kəsdi. Nurtac asta səslə dedi:

- Bəzən ən böyük sirlər ən sakit baxışların arxasında gizlənir. Sonra stəkanın içindəki limona baxdı, onu əlcəklə əlinə aldı.

Elçin güldü:

- Nurtac, səncə sən limona baxmaqla cinayəti tapa bilərsən?

- Elçin, bunu sən düşünə bilməzsən. Ona görə də sən heç vaxt detektiv ola bilməyəcəksən.

Elçin duruxdu    məkanı tərk etdi.  Ömər isə  onun arxasınca getdi, sonra isə Ömər onunla birlikdə geri qayıtdı.

 

                            GÜZGÜLƏRİN   ARXASINDA  

 

İstintaq otağında saatlar keçirdi.  Nurtac susurdu. Bu dəfə  o belə danışmaq istəmirdi. Masanın üstündəki sənədlərin arasında bir foto var idi.  Hər üç  intihar qurbanının gözləri bağlı, amma üzlərində qəribə təbəssüm var idi. Ömər stola söykənib dedi:

- Məncə, bu sadəcə təsadüfdür. Kim özünü öldürəndə gülümsəyər. Nurtac  Ömərə cavab vermir, bir dəqiqədən sonra deyir:

- Ömər, səncə bir insan özünü niyə öldürər?

- Bilirsən, bəzən həyat hamıya ağır  gəlir. Bir insan susduqca hamı onun üstünə gəlir. Sən anlamazsan. Sən necə detektivsən? Bəzən cinayəti kənarda deyil, yaxında  axtarmaq  lazımdır.  

Bir az keçəndən sonra Nurtacın telefonuna mesaj gəlir. Bilinməyən nömrədən idi. Mesajda belə yazılmışdı: “sən heç vaxt bu hadisəni aşkar edə  bilməyəcəksən”. 

Nurtac  bu mesajı oxuyur və geri mesaj yazır: “sən bilirsən ki, mənim istəyib nail ola bilməyəcəyim şey yoxdur?”.

Bu mesajdan sonra daha da dərinə getdim və hər bir şeyə tək-tək baxdım. Barmaq izi və orada olan insanlardan tək-tək söz aldım. Ancaq heç bir  şey yox idi.

Sanki üstümdə qəribə bir ağırlıq vardı və mən bunun səbəbini tapa bilmirdim. Ətrafda qəribə bir sükut vardı. Sonra hadisə yerinə getdim. Nurtac hadisə yerinin kənarına çəkilib əllərini cibinə saldı.  Yağış artıq xırda damcılarla davam edirdi.  Və ətrafdakı  sükut sanki hər şeyi daha da ağırlaşdırırdı.  Nurtac Qaffarova dedi:    

- Siz qonşusuz? Son dəfə nə vaxt görmüsüz  onu?

Qonşu Mümtaz gözlərini yerə dikib bir an düşündü.  Dünən axşam  səs-küy eşitdim. Amma elə bildim adi bir şeydi.

Nurtac dəftərinə qeydlər etdi. O an Nurtacın gözləri bir yerə dikildi. Torpağın üstündə qəribə izlər var idi. Sanki kiminsə tələsik addımları. İzlər yağışa baxmayaraq hələ də seçilirdi. Niyə mən bu izləri görməmişəm?

 Elə bu anda Ömər arxadan  yaxınlaşdı. Ömər həmişə hadisəyə soyuqqanlı yanaşan tiplərdən idi. Amma bu dəfə qəribə narahatlıq var idi.  Sanki  özünə intihar etməmiş,  kimsə onu qətl etmişdi. Cəsədi morqa apardılar. Bu cinayət  çox qəribə idi. Onun  valideynləri ilə morqa getdik.  Tək getmək istəmədim. İçəri isə tək mən girdim. Üzündəki dırnaq izlərinə diqqətlə baxdım.

Bundan sonra valideynlərinin evinə getdim. Tək getmək  istəmədiyimdən yanımda iki nəfər polislə getdim. 30 dəqiqədən sonra mənzilə çatdıq. Mən qapını döydüm. Bir-iki dəqiqədən sonra qapını bir qadın açdı.  O, bizdən soruşdu:

- Siz kimsiniz, kimi axtarırsınız?

Mən cavab verdim:

- Salam, mən detektiv Nurtac Qaffarova. Cinayəti  araşdırırıq . Olar sizə bir neçə sual vermək üçün içəri  keçək?

Bir az fikirləşib, olar, buyurun, anam içəridədir.

- Siz onun bacısısınız?

- Bəli, adım Dinarədir, anamın  adı isə Kəmalədir.

- Tanış olduğuma şad oldum.

Biz içəri keçdik. Kəmalə xanım ağlayırdı. Mən onun bir az sakitləşməsini gözləyirdim. On dəqiqə sonra ona dedim:

- Salam Kəmalə xanım, bilirəm özünüzü pis hiss edirsiniz. Amma qızınızı qətlə yetirəni tapmaq  üçün bizə kömək etməlisiniz.

Kəmalə xanım dedi:

- Mənə söz ver ki,  qızımı qətl edəni  tapacaqsan.

- Mən sizə söz verirəm ki, qızınızı qətl edəni tapacağam.

- Sonuncu dəfə qızınız saat neçədə çıxıb və haraya gedəcəyini sizə deyib?

- Dünən rəfiqəsigilə getmişdi, saat  12:00 idi. Sonra geri zəng etmədi.

- Rəfiqəsinin adı nədir və harada yaşayır?

- Evləri bu məktəbin yaxınlığındakı üçüncü küçədə yerləşir.

Bunları dəftərimə qeyd etdikdən sonra dedim:

- Biz artıq  gedək. Bu məlumatlara əsasən qızınızın qatilini tapacağam.

Bütün qeydlərimi etdikdən sonra mən artıq qalxdım. Gözüm onun otağına sataşdı.  İcazə alıb otağa daxil oldum. Stolun üstündəki darağın üzərindən saçları aldım və yola çıxdıq. Şəbnəmgilin evinə yola düşdüm. Yarım saata mənzilə çatdım. Mən qapını döydüm. Qapını döyən kimi orta yaşlı qadın açdı.

- Salam, siz kimsiniz?

- Salam, mən Nurtac Qaffarova, detektivəm və Leylanı qətlə yetirəni tapmağa  çalışıram. 

Məni içəri dəvət etdi. Eyvanda əyləşdik. 

- Biz  o gün Leyla  ilə  evdə oturub söhbət edirdik.  Birdən heç bir səbəb olmadan mənə əsəbləşdi. Mən ondan səbəbini soruşdum. Heç nə demədi və tez evdən getdi. Ondan sonrasını isə bilmirəm.

Mən ondan soruşdum. Siz onun bu aralar əsəbi olduğunu görmüşdünüz, yoxsa sadəcə bir dəfə belə edib? Birdə sizinlə belə danışdı?

- Son 3 gün ərzində belə olmuşdu. Hara getdiyini, kiminlə danışdığını bilmirəm.

- Bəs onun sizdə şəxsi əşyası var? Tez-tez getdiyi bir yer var?

- Tez-tez  sahilə gedirdi. Sadəcə onu bilirəm.

- Çox sağ olun. Bu qətlin arxasında dayananı tapacağam. 

Evdən çıxdıq. Daraqdan aldığım saç telləri də  əlimdə idi. Bu cinayətin heç bir şahidi yox idi və haradan başlayacağımı bilmirdim. Burada tək bir cinayət şübhəlisi belə yox idi.

Sahilin yanına getdik. Aşağıya düşüb orada gəzindim. Birdən ayağıma bir şey ilişdi. Əyildim, ayağıma ilişənin bir rezin olduğunu gördüm. Onun üzərində saç telləri var idi.  Əlimə aldım, bir anlıq sevindim. Çünki nə qədər vaxtdı bunu axtarırdım. Tez maşına minib ofisə qayıtdım. Bir saat sonra ofisə çatdım. İstintaq otağına getdim. Həm Leylanın, həm də rezinin üzərində olan saç tellərini yoxlatmağa apardım. Bir-iki dəqiqə sonra cavablar düşündüyüm kimi oldu, ikisi də bir-birinə uyğun  gəldi. Sadəcə rezinin üzərindəki  izlərin kimə aid olduğunu bilmək lazım idi, onu da  əl və barmaq izini götürməklə tapacağam.

 Bunu artıq üç-dörd dəqiqədir  gözləyirdim. Nəhayət, cavablar çıxdı.  Heç şübhələnmədiyim bir adam.  İzlər Leylanın rəfiqəsi Şəbnəmə aid idi. Onların evinə getdik və Şəbnəmi  apardıq. Ona 10 il həbs cəzası verildi. 

 

                                        GÜZGÜDƏKİ  YAD

 

Ömər  xaricdən baxanda çox uğurlu biri idi. Sinifdə peşəkar, dostları tərəfindən sevilən, hər kəsə gülümsəyən biri idi. Amma o hər axşam evə gələndə içindəki böyük bir boşluqla üzləşirdi. 

 

İlk qarşılaşma:  Bir gecə Ömər hamam otağında güzgüyə baxarkən əksinin ondan bir saniyə gec hərəkət etdiyini, güzgüdəki adamın baxışlarının onun baxışlarından daha soyuq olduğunu, daha dürüst, illərdir gizlətdiyi qaranlıq tərəfini görməyə başlayır. Bir neçə dəqiqədən sonra hamam otağından çıxır və anasına səslənir:

- Ana, mən gedirəm, axşam görüşərik.

Amma anası onun dediklərini eşitmir. Ömər təəccüblənir və bir də səslənir.

- Ana, burdayam,  arxanda. 

Ana yenə də heç nə olmamış  kimi işinə davam edir.

Ömər - məyus və təəccüblü şəkildə çıxdım və məktəbə yollandım. Məktəbə çatmağa beş dəqiqə qalmış yolda dostum Elnuru gördüm. Onun yanına getdim, amma o, elə bil ki, məni görmürdü. Mən bir dəfə də ona səsləndim, amma o, heç nə yoxmuş  kimi yoluna davam edirdi. Artıq əmin idim ki, heç kim məni görmür. O an da məktəbə getmədim, geri qayıtdım. Yolda bir adam məni saxladı və dedi ki, səni sadəcə mən görə bilirəm. Amma istəyirsən ki, mənim kimi hamı  səni görsün? 

- Təbii ki, istəyirəm, amma necə?

- Sənə bəzi tapşırıqlar verəcəyəm. Onları yerinə yetirib gətirə bilsən, təkrar hamı səni görə biləcək.

- Bəs neçə tapşırıqdı?

- Cəmi üç tapşırıq deyəcəyəm.

- Çətindir, yoxsa asan?

- İlk olaraq dükanlardan bir şeylər alacaqsan.

- Pulunu ödəmədən?

- Hə, ödəmədən,  edə bilməzsən?

- Yox, etməyəcəyəm. Çünki bu oğurluq sayılır.

- Hə, balaca uşaq, sənin bunu bilməyin, anlamağın çox yaxşıdır. Kimsə sənə belə bir təklif etsə, bilirəm ki, heç vaxt qəbul etməyəcəksən.  Ona görə də bu dəqiqədən sonra hamı səni görəcək. Dürüst və ağıllı uşaq, indi gedə bilərsən. Yolun açıq olsun.

                             Mənim adım Nurtac Qaffarovadır

 

Mənim adım Nurtac Qaffarovadır. Bu ad mənim kim olduğumu, kim olmaq istədiyimi hər gün  xatırladır.  Hər səhər oyananda düşünürəm. Hər sözüm, hər addımım mənim kim olmaq istədiyimi göstərir. Yazmaq mənim tərzimdir, sükut isə mənim sirrim. Yazmaq mənim üçün sadəcə fəaliyyət deyil, bu, nəfəs almağa bənzəyir. Hər dəfə qələm kağıza toxunduqda hiss edirəm ki, yalnız mən deyiləm, mənim düşüncələrim, qorxularım, ümidlərim də burdadır. Bəzən sözlərim uzun, bəzən qısa olur. Amma hər  biri mənim həyatımın bir parçasını daşıyır.

Mənim  11 yaşım var. Mənim həm də gələcək üçün suallarım var.  Yazmaq mənə imkan verir  ki, bütün bunları ifadə edim. Kitab isə təkcə mənim deyil, onu oxuyan hər kəs özündə bir parça tapa bilər.

Hər insanın həyatında qəribə anlar olur. Mənim üçün də belə anlar var. Kimisə başa düşməyimdə, anlamağımda, bir qərar verdikdə, çətinlik çəkdiyimdə, ya da sadəcə susub düşündüyüm zamanlarda yazmaq məni sakitləşdirir. Kağıza tökdüyüm hər söz mənə aid olur, heç kim onu mənim yerimə  yaşamır. Amma oxuyan hər kəs onu öz hekayəsi kimi anlaya bilər.

Adım Nurtac Qaffarova mənim kimliyimdir, amma yazdığım hər söz mənim gələcəyimdir. Hər dəfə qələm-kağıza toxunmaq, yazmaq məni sakitləşdirir. Hər dəfə qələmimi götürəndə bilirəm ki, bir addım da olsa irəliləyirəm, hər səhifə isə mənim dünyamı bir az  da açır.  

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 2
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0