“Söz odası” dərgisi fəaliyyətini bərpa edir

Mar 27, 2026 - 01:27
 0  14
“Söz odası” dərgisi fəaliyyətini bərpa edir

Tanınmış şair Elşən Əzimin baş redaktor olduğu “Söz odası” ədəbiyyat və incəsənət dərgisi fəaliyyətini bərpa edir.

Yazıçı Ədəbiyyat Portalı xəbər verir ki, bu barədə Elşən Əzim sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, jurnal bundan sonra ciddi ədəbiyyat və incəsənət nümunələrinin çapını həyata keçirəcək, eyni zamanda ölkənin müxtəlif bölgələrində yaşayan yaradıcı şəxslərin tanıdılması istiqamətində fəaliyyət göstərəcək.

Layihənin əsas məqsədi həm peşəkar ədəbi mühitin inkişafına töhfə vermək, həm də bölgələrdə fəaliyyət göstərən istedadların üzə çıxarılmasıdır.

Xatırladaq ki, “Söz odası” jurnalı ilk dəfə 2011-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və iki il ərzində çap olunaraq ölkə üzrə satışa çıxarılıb.

Qeyd edək ki, "Söz odası" ədəbiyyat və incəsənət dərgisinə yazici.az ədəbiyyat portalı informasiya dəstəyi verəcək.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0