Ssenari müsabiqəsinə qəbul yekunlaşdı

Apr 20, 2026 - 12:43
 0  7
Ssenari müsabiqəsinə qəbul yekunlaşdı

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb.

AKİ-dən YAZİCİ.AZ-a bildirilib ki, ittifaqın elektron ünvanına 39 adda ssenari daxil olub.

Texniki parametrlərə cavab verməyən 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb.

Müsabiqənin əvvəlində qeyd edildiyi kimi, birinci tura keçid almış ssenarilər iyulun 15-də, qalib ssenarilər isə avqustun 2-də elan olunacaq.

Birinci turun nəticələri elan olunanda, müsabiqənin münsiflər heyətinin tərkibi də ictimaiyyətə açıqlanacaq.

Qaliblər diplom və pul mükafatı ilə (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) təltif ediləcəklər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0