Su üstündə yeriyən salehlər misalı...
Yazıçı Ədəbiyyat Portalı Pərviz Seyidlinin yeni şeirini təqdim edir.
Sarışın günəşdənmi qopub düşmüsən yer üzünə?
Təzə çıxan aymı sığal çəkib tellərinə?
Ulduzlarımı yığmısan gözəl gözünə,
Buludlarmı qonub zərif əllərinə?
Yeriməyi Məsihdənmi öyrənmisən, qu quşundanmı?
Su üstündə yeriyən salehlər misalı…
Sehrin baxışındamı gizlidir, duruşundanmı?
Təbəssümünü hansı külək gətirib dodaqlarına?
Söylə, borcluyuq hansı ağaclara?
Yuxudamı toxunub müqəddəs qadınlar
Bu dümdüz, şabalıdı saçlara —
Əlləri şəfqətli, ağızları dualı…
Oxuduğun hansı kitablar
Baxışlarına məna verib, qəlbinə aramlıq?
Hüzur dolu ürəyində
Sığınacaq varmı
Bir adamlıq…
2026
Sizin reaksiyanız nədir?
Bəyən
2
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
1
Əsəbi
0
Kədərli
0
Vay
0