“Sürəyyanın 32-ci günü” filminin çəkilişləri başladı

Apr 20, 2026 - 20:47
 0  7
“Sürəyyanın 32-ci günü” filminin çəkilişləri başladı

Rejissor Şirin Əhmədov “Sürəyyanın 32-ci günü” adlı ilk tammetrajlı bədii filminin çəkilişlərinə başlayıb.

YAZİCİ.AZ xəbər verir ki, adından da hiss olunduğu kimi, film reallıqla zamanın görünməyən qatları arasında qurulan incə bir xətt üzərində hərəkət edir.

Filmdə Sürəyyə personajını Əməkdar artist Hüsniyyə Mürvətova canlandırır. Ekran işində Xalq artisti Məmməd Səfa, aktyorlar Zülfiyyə Məmmədova, Bəhruz Vaqifoğlu və digər tanınmış simalar yer alıblar. Filmin təsvir rejissoru Yusif Qasımlıdır.

Bu film Şirin Əhmədovun ilk tammetrajlı debütü olsa da, onun qısametrajlı filmləri yerli və beynəlxalq festivallarda iştirak edib.

Rejissor filmlə bağlı düşüncələrini belə ifadə edir: “Bəzən zaman düz xətt kimi axmır. Bəzən bir gün insanın içində illərə çevrilir. “Sürəyyanın 32-ci günü” məhz o görünməyən günlərin hekayəsidir”.

Bu ekran əsəri yaddaşın, seçimlərin və insan ruhunun qaranlıq və işıqlı tərəfləri arasında itən bir zaman parçasıdır.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0