Türkiyədə müasir Azərbaycan rəssamlarının sərgisi açılacaq
Türkiyənin İzmir və Antalya şəhərlərində müasir Azərbaycan rəssamlarının sərgiləri açılacaq.
YAZİCİ.AZ xəbər verir ki, sərgi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Dövlət Rəssamıq Akademiyası, İzmir Azərbaycan və Antalya Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəklərinin dəstəyi ilə təşkil olunacaq.
“Rənglərin zərafəti: Sənətin zəfəri” adlı rəsm sərgisində azərbaycanlı qadın rəssamların, habelə Türkiyədə fəaliyyət göstərən tanınmış rəssamlarımızın əsərləri sərgilənəcək.
İzmir Adnan Sayğun Sənət Mərkəzində aprelin 28-də başlayan və mayın 16-dək davam edəcək sərgidə nümayiş etdirilən əsərlər əsasən Azərbaycan mədəniyyəti, Bakı, İzmir, təbiət, Qarabağ, qadın gözəlliyi, sevgi və s. mövzuları əhatə edir.
Sözügedən sərginin Antalyada nümayişi isə mayın 22-də Akdeniz Universitetinin sərgi salonunda nəzərdə tutulub.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0