"Üfüqdə bir şəhər" romanı təqdim olundu

May 13, 2026 - 08:07
 0  12
"Üfüqdə bir şəhər" romanı təqdim olundu

Mayın 8-də "Libraff" kitab mağazaları şəbəkəsinin "Park Akademiya" filialında gənc və istedadlı şair Mir Kamil Ağazadənin "Üfüqdə bir şəhər" romanının təqdimat mərasimi keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, roman klassik irsimizin böyük siması Seyid Əzim Şirvaninin ömür yolunun ən həssas və sirlərlə dolu bir məqamına işıq tutur.

Tədbirin aparıcısı Həsən Fəttan qonaqları salamlayaraq, Mir Kamilin yaradıcılığındakı özünəməxsusluqdan və tarixi mövzuya müraciətin məsuliyyətindən bəhs edib.

Daha sonra tanınmış qəzəlxan İlqar Fəhmi  "Üfüqdə bir şəhər" romanını müasir nəsrimizdə tarixi yaddaşa qayıdışın uğurlu nümunəsi kimi dəyərləndirib.

Yazıçı Pərviz Seyidli, romanın oxucu üçün həm də maarifləndirici tərəflərinə diqqət çəkib. O qeyd edib ki, bu kitabın ərsəyə gəlməsində Mir Kamillə tez-tez müzakirləri olub.

Tədbir boyu çıxış edən digər qonaqlar – Kamal Hüseynzadə, Nadir Yalçın, Həsən Lütfi və Səddam Laçın da öz növbələrində Mir Kamil Ağazadənin yaradıcılıq yoluna nəzər salıblar. Onlar vurğulayıblar ki, gənc nəslin klassiklərimizə, xüsusilə S.Ə. Şirvani kimi nəhəng bir simaya olan bu marağı ədəbiyyatımızın gələcəyi üçün ümidvericidir.

Sonda Mir Kamil Ağazadə qonaqlara və dostlarına minnətdarlığını bildirərək, kitablarını oxucular üçün imzalayıb.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0