Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.
Yazıçı Ədəbiyyat Portalı xəbər verir ki, Prezident İlham Əliyev şairin yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0