Azərbaycanda İLK - Süni intellektlə tarixi film hazırlandı
AzTV “Tariximizlə qürur duyuruq” adlı yeni silsilə filmlər layihəsinə start verib. Layihənin ilk ekran işi “Sultan Həsən Bahadur” adlanıb.
YAZİCİ.AZ xəbər verir ki, film Ağqoyunlu dövlətinin görkəmli hökmdarı, tarixə Uzun Həsən kimi düşən qüdrətli sərkərdənin hakimiyyət dövrünü, həyat yolunu və hərbi uğurlarını əhatə edir. Eyni zamanda ekran əsərində onun anası Sara Xatunun dövrünün nüfuzlu dövlət xadimi kimi fəaliyyəti və siyasi müdrikliyi də xüsusi diqqət mərkəzində təqdim olunur.
“Tariximizlə qürur duyuruq” layihəsi Azərbaycan efir məkanında bir yeniliyə də imza atıb. Belə ki, “Sultan Həsən Bahadur” filmi bədii təsvir baxımından 100 faiz süni zəka texnologiyaları vasitəsilə hazırlanmış ilk tarixi ekran əsəridir.
Filmin ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Layihənin məsləhətçisi isə tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan tarixinin mühüm şəxsiyyətlərini və şanlı keçmişini müasir təqdimat üslubunda geniş auditoriyaya çatdırmaqdır", - məlumatda qeyd olunub.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0