Gələn il İncəsənət Olimpiadası keçiriləcək, qaliblər ali məktəbə imtahansız qəbul ediləcək
Gələn il Azərbaycanda İncəsənət Olimpiadası keçiriləcək.
Yazıçı Ədəbiyyat Portalı xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləməsində mədəniyyət naziri Adil Kərimli deyib.
Nazir bildirib ki, Elm və Təhsil Naziriliyi ilə əldə edilən razılığa əsasən, uşaq incəsənət festivalı artıq incəsənət olimpiyadası formatına keçiriləcək.
A.Kərimli qeyd edib ki, nəticədə qaliblər imtahansız ali təhsil mərkəzlərinə qəbul oluna biləcək.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0