Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq

Apr 13, 2026 - 18:48
 0  5
Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq

Aprelin 25-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında gənc rejissor Ayla Osmanovanın quruluşunda Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

Teatrdan YAZİCİ.AZ-a bildirilib ki, birhissəli səhnə əsərinin quruluşçu rəssamı Nisə Həsənova, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova, musiqi tərtibatı isə Aygül Quliyevaya aiddir.

Tamaşada rolları Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova və Hüseyn Bayramov ifa edirlər.

Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır! O, nağıl qəhrəmanlarını özünün sehrli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0