Həftənin mədəniyyət tədbirləri - AFİŞA
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
YAZİCİ.AZ xəbər verir ki, aprelin 6-dan 12-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Aprelin 9-da saat 19:00-da Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqında olan "Ah, bu uzun sevda yolu" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.
Biletlərin qiyməti: 10-20 manat.
Aprelin 10-da saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur.
Biletlərin qiyməti 8-15 manatdır.
Aprelin 11-də saat 19:00-da "LƏNG: Zamanla yarışan insan" tamaşası təqdim olunacaq.
Quruluşçu rejissor Əməkdar artist Bəhruz Vaqifoğludur.
Biletlərin qiyməti: 10-25 manat.
Aprelin 12-də saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı "Ölülər" tamaşası səhnələşdiriləcək.
Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.
Biletlərin qiyməti 10-20 manatdır.
Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:
Aprelin 10-da saat 19:00-da "Biganə məşuq" tamaşası nümayiş olunacaq.
Biletlərin qiyməti: 10 manat.
Aprelin 11-də saat 19:00-da Hüseyn Cavidin "Şeyx Sənan" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti 10-15 manat.
Aprelin 12-də saat 20:00-da Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" tamaşası təqdim olunacaq.
Quruluşçu rejissor "Qızıl maska" mükafatı laureatı Konstantin Soldatovdur.
Biletlərin qiyməti: 12-15 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Aprelin 10-da saat 19:00-da Kamal Abdullanın "Gülçöhrə və Əsgər" musiqili dramı baş tutacaq.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
Biletlərin qiyməti: 10-20 manat.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Aprelin 7-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.
Biletlərin qiyməti 5-15 manatdır.
Aprelin 12-də saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası nümayiş etdiriləcək.
Quruluşçu rejissor Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti: 5-15 manat.
Heydər Əliyev Sarayında:
Aprelin 8-də saat 20:00-da Gökhan Türkmenin Bakı konserti keçiriləcək.
Biletlərin qiyməti: 35-155 manat.
10 aprel saat 19:00-da Heydər Əliyev Sarayında məktəb komandaları arasında Anar Məmmədxanov Kuboku keçiriləcək.
Biletlərin qiyməti: 30-120 manat.
oxu.az
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0